Ramon Maçado de Masedo () — Misli Premyer Liqasının klublarından Qəbələdə hücumçu kimi çıxış etmiş braziliyalı peşəkar futbolçu.Ramon Maçado Soccerway

Karyerası

Jahn Regensburg Ramon Machado de Macedo, Braziliya ölkəsindən Paraná Clube'dan Jahn Regensburg'un U-23 komandasına 2012-ci ilin mart ayında köçdü. Orada hücumçu keyfiyyətləri ilə əvvəldən özünə diqqət çəkdi, Landesliga Mitte'de (6-cı divizion da) doqquz oyunda səkkiz qol vurdu. Machado De Macedo bu səbəbdən 2011/12 mövsümündə üçüncü divizionda oynayan və sensasiyalı şəkildə yüksələn birinci komandanın heyətinə qatılmaq üzrə idi, lakin oyun icazəsinin olmaması gənc Braziliyalıya mane oldu.2012-ci ilin iyul ayında peşəkar bir müqavilə imzaladı və 2012/13 mövsümündən ikinci divizion komandasının heyətində idi.

2012/13 mövsümünün 1-ci oyun günü olan 4 avqust 2012-ci ildə Ramon, TSV 1860 Münhenlə səfər oyununda (0: 1) Denis-Danso Weidlich'in 75-ci dəqiqəsində meydana çıxanda peşəkar futbol debütünü etdi. Eyni mövsümün 13-cü matçında, peşəkar futbolda ilk qolunu 17-ci dəqiqədə FC Ingolstadt 04 ilə səfər oyununda vurdu.

Neftçi Ramon Maçado 1 sentyabr 2021 ci ildə Neftçiyə transfer olundu.İlk oyununu Azərbaycan Premyer Liqasının 3 cü turunda Qarabağa qarşı keçirdi.O oyunda meydana ikinci hissədən daxil oldu. Ramon Maçado çoxlu qol epizodları yaratsa da fərqlənə bilmədi. "Neftçi"də ilk dəfə meydana çıxdığı ikinci oyunda fərqlənə bilib.19 sentyabr 2021 ci ildə keçirilən Azərbaycan Premyer Liqasının 4 cü turunda Neftçi-Keşlə oyununa ikinci hissədən meydana çıxan Ramon Maçado 50 ci dəqiqədə fərqlənib İkinci qolunu isə ilk dəfə Neftçidə start heyətdə meydana çıxdığı oyun olan Azərbaycan Premyer Liqasının 5 ci turunun Sabah-Neftçi qarşılaşmasının 20 ci dəqiqəsində vurub. O oyunda komandası 1:2 hesabı ilə qələbə qazanıb. 27 iyun 2022-ci ildə "Neftçi"dən ayrıldı.

Qəbələ 31 iyul 2022-ci ildə rəsmi olaraq "Qəbələyə" transfer olundu.Ramon Maçado rəsmən Qəbələdə! Qol.az "Qəbələ" forması ilə ilk matçına 8 avqust 2022-ci ildə keçirilən "Turan-Tovuz"-"Qəbələ" matçının 84-cü dəqiqəsində çıxıb. Matç "Qəbələnin" 0–2 hesablı qələbəsi ilə başa çatıb.Turan-Tovuz 0–2 Qəbələ Soccerway "Qəbələ"nin heyətində ilk qolunu 21 avqust 2022-ci ildə keçirilən "Kəpəz"–"Qəbələ" matçının 27-ci dəqiqəsində vurub. Matça start heyətdə başlayan Maçado 59-cu dəqiqədə əvəzlənib. Matç "Qəbələ"nin 0–3 hesablı qələbəsi ilə başa çatıb.Kəpəz 0–3 Qəbələ Soccerway 7 iyun 2023-cü ildə Maçado "Qəbələ"dən ayrıldı.

Araz-Naxçıvan 2024-cü ildə "Araz-Naxçıvan"a qoşulub. 9 iyun 2025-ci ildə müqaviləsini yenilənib. 2 iyun 2026-cı ildə klubdan ayrılıb.

UğurlarıRamon Maçado — Uğurları Transfermarkt Klub Qəbələ Azərbaycan Kuboku Qalib (1): 2022/23 İstinadlar

Xarici keçidlər

Maçado Maçado Maçado Maçado Maçado Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Braziliya Seriya B futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Futbol hücumçuları