Kolombiya (İngiliscə orijinal adı: Colombiana) — 2011-ci ildə Luc Besson tərəfindən ssenarisi yazılan və istehsal olunan, Olivier Megaton tərəfindən rejissorluğu edilən Fransız döyüş triller filmi. Filmin ulduzu Zoe Saldana ilə yanaşı, Michael Vartan, Cliff Curtis, Lennie James, Callum Blue və Jordi Molla köməkçi rollarda oynamışdırlar. "Colombiana" Kolumbiyalı qadın deməkdir.

Film, Kolumbiyada ailəsi narkobaronların ağası tərəfindən öldürülən on yaşındakı Cataleya (eyni zamanda orkide cinsi) haqqındadır. On beş il sonra, yetkinlik yaşına çatmış olan Cataleya artıq qisas almaq istəyir.

Film ümumiyyətlə tənqidçilərdən mənfi rəylər alsa da, Saldananın iştirak etmiş olduğu hərəkət səhnələri təriflənmiş və film 40 milyon dollarlıq bir büdcəyə qarşı 61 milyon dollardan bir qədər az gəlir əldə etmişdir.

Süjet xətti Hadisələr 1992-ci ildə Kolumbiyada başlayır. 10 yaşlı Cataleya valideynlərinin qətlinin şahidi olur. Öz ölümündən isə güc bəla ilə xilas olr və qanqster olan əmisi Emilio ilə birlikdə ABŞ-yə qaçır. Burada yaşadığı 15 il ərzində, Cataleya əmisi tərəfindən qanqster kimi böyüdülür və öz cinayətlərindən sonra həmişə valideynlərinin qatilləri üçün yalnız bir vizit kartı buraxır: qurbanlarının sinəsində çəkdiyi orkide.

İstinadlar Kateqoriya:Çikaqo haqqında filmlər Kateqoriya:Kolumbiya haqqında filmlər Kateqoriya:2011-ci ilin Fransa filmləri Kateqoriya:2011-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin cinayət triller filmləri Kateqoriya:TriStar Pictures filmləri Kateqoriya:Teen Choice Award mükafatının qalibi olmuş filmlər Kateqoriya:İngiliscə Fransa filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:İngiliscə kriminal triller filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:2007-ci il haqqında filmlər Kateqoriya:Kaliforniya haqqında filmlər Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2010-cu illərin ispan dilli filmləri Kateqoriya:ABŞ-nin döyüş filmləri Kateqoriya:Girls with guns filmləri Kateqoriya:2011-ci ilin döyüş-triller filmləri Kateqoriya:Viqilant filmləri