Qiyaslı məscidi — XVIII əsrə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Ağdam rayonunun Qiyaslı kəndində yerləşir.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Tarixi Qiyaslı məscidi XVIII əsrdə Qarabağ xanlığının dövründə Qiyaslı kəndində tikilib. Məscid tikiləndə onun iki minarəsi olub.

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Qiyaslı məscidi də bu dövrdə ibadətə bağlanıb. 1929–1932-ci illərdə məscidinin binasında kolxozun inzibati mərkəzi, 1960–1970-ci illərdə kənd mağazası, 1985–1989-cu illərdə isə "Yaşıl aptek" fəaliyyət göstərib. 1989-cu ildə məscid yerli sakinlər tərəfindən təmir olunu və yenidən dindarların istifadəsinə verilib.

Birinci Qarabağ müharibəsi dövründə 1993-cü ildə Ağdam rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğaldan sonra bölgədəki tarix memarlıq abidələri o cümlədən yaşayış məskənləri dağıdılıb.Robert Parsons «Tug-of-war for Nagorno-Karabakh» Now, you stumble into the wretched misery of Agdam, once a city of 50,000 and famed for its orchards. It’s all but empty. Every single Azeri house in the town has been blown up to discourage return. Təkcə Ağdam rayonunda yerləşən 135 tarixi abidədən 75-i dağıdılıb. Qiyaslı kəndi və Qiyaslı məscidi də bu dövrdə dağıntılara məruz qalıb. Məscidin binası binasından inək və donuz saxlamaq üçün istifadə olunub.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayıb. 2020-ci il noyabrın 10-da imzalanmış İkinci Qarabağ müharibəsini yekunlaşdıran Qarabağ atəşkəs bəyanatına əsasən Ağdam rayonu eləcə də Qiyaslı kəndi noyabrın 20-də Azərbaycanın nəzarətinə qaytarılıb. Lakin ermənilər kəndi tərk edərkən Qiyaslı məscidini də yandırıblar. Bu barədə kəndi ziyarət edərək oradakı dağıntıların şəkillərini çəkən Milli Coğrafiya Cəmiyyətinin fransalı fotoqrafı Rza Diqqəti də məlumat verib.

Kənd azad olunduqdan sonra məsciddə restavrasiya işlərinə başlanılıb.

2021-ci il sentyabrın 17-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdamda Cümə məscidinə və Qiyaslı məscidinə baş çəkib. Toivo Klaara işğal dövründə Ağdamda baş vermiş müharibə cinayətləri barədə məlumat verilib.

Şəkillər

Həmçinin bax Paprəvənd məscidi Ağdam Cümə məscidi Malıbəyli məscidi

İstinadlar

Xarici keçidlər

Ağdam | Qiyaslı məscidi | 2020–2021 / Karabakh is Azerbaijan! Ağdam, Qiyaslı məscidi (29.05.2021) Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimiz: Qiyaslı məscidi / AzərTac Reza Deghati visited severely damaged Qiyasli mosque in Aghdam Prezident İlham Əliyev Ağdamda Qiyaslı məscidində olub / AzərTac Dövlət Xidmətinin rəisi: "Ermənilər Qiyaslı məscidini tamamilə dağıdıb" / APA TV

Kateqoriya:Ağdam rayonunun məscidləri Kateqoriya:XVIII əsr məscidləri Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:Ağdamdakı binalar və tikililər