– Yaponiya fotomodeli və aktrisası. Model kimi müxtəlif brendlər üçün çalışmışdır. Aktrisa kimi isə "Şimal porsuğu: Ölməzlik" filmindəki (2013) Yukio, "Zirehdəki xəyalət" (2017) filmindəki Qırmızı libaslı geyşa və "Ox" teleserialındakı Tatsu Yamaşiro rollarına görə tanınır.

Həyat və karyerası Rila Fukuşima 9 yanvar 1980-ci ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur və orada böyümüşdür.

Əvvəlcə Tokiodakı bir agentlikdə fotomodel agenti kimi işləmək istəmişdir, lakin əvəzində fotomodel olmağa qərar vermişdir. Fotomodel karyerası ərzində bir çox leyblı və brendlə işləyərək şoularda və kampaniyalarda iştirak etmişdir. 2013-cü ildə "Vogue Japan" jurnalı tərəfindən ilin qadınlarından biri seçilmişdir.

2013-cü ildə superqəhrəman filmi olan "Şimal porsuğu" filmində Yukio rolunu canlandırmışdır. 2014-cü ildə "Strategiyaçı Kanbei" teleserialında Omiçi rolunda görünmüşdür.

"Ox" teleserialının üçüncü mövsümündə Devon Aokini əvəz edərək Tatasu Yamaşiro rolunu canlandırmışdır. 2015-ci ildə HBO kanalının "Taxt-tac oyunları" serialınının bir mövsümünün 5-ci seriyasındakı bir qırmızı rahibə kimi görünmüşdür. Netflix tərəfindən çəkilən "Milyon yenlik qadınlar" serialında Minami Şirakava rolunu canlandırmışdır.

Filmoqrafiya

Filmlər İlAzərbaycanca adıOrijinal adıRolQeydlər 2010 Karma: Çox qarışıq sevgi hekayəsi Rey Qısametrajlı film 2013 Şimal porsuğu Yukio 2014 Alatoranlıq: Saya Sasarada TWILIGHT ささらさや Erika 2015 Qonin saqası GONIN サーガ Yoiçi Döyüşçü Tasu televiziya filmi 2016 Terra Formars テラフォーマーズ Sakakibara 2017 Zirehdəki xəyalət Qırmızı libaslı geyşa 2019 Kainata qulaq as 蜜蜂と遠雷 Cennifer Çan 2021 Annetta tibb bacısı

Seriallar İlAzərbaycanca adıOrijinal adıRolQeydlər 2014 Strategiyaçı Kanbei 軍師官兵衛 Omiçi Uzun sağollaşma ロング・グッドバイ Lili miniserial 2014–2016; 2019 Ox Tatsu Yamaşiro 16 seriya 2015 Taxt-tac oyunları qırmızı rahibə Seriya: "Yüksək sərçə" 2017 Milyon yenlik qadınlar 100万円の女たち Minami Shirakava 12 seriya 2018 Kor nöqtə Akiko 1 seriya 2020 Kastlvaniya Sumi (səs) 8 seriya 2020 S. W. A. T Rio Serial: "Ekitay Raşku"

İstinadlar

Kateqoriya:Yaponiya fotomodelləri Kateqoriya:Yaponiya aktrisaları