Qalançoj ( — Галайн-АмСулейманов А. Топонимия Чечни. Грозный: ГУП «Книжное издательство», 2006; устар. Галай-амъ (Кербеты-амъ)Военно-топографическая пятиверстная карта Кавказского края 1877 года, устар. Кербеты-Ам) - Çeçenistan Respublikasının Urus-Martan bölgəsindəki göl. Coğrafi məlumatlar və mənşəyi Qalançoj gölü, Çeçenistanın dağlıq hissəsində, Qexi çayı hövzəsinin yuxarı hissəsində yerləşir. Osuxa çay vadisinin sağ yamacında, çay səviyyəsindən 100 metr yüksəklikdə və dəniz səviyyəsindən 1494.1 metr yüksəklikdə yerləşir. Göl, demək olar ki, oval formaya sahibdir. Bünövrəsidə dairəvidir. Gölün mərkəzindəki ən böyük dərinlik 35 metrdir. Su səthinin sahəsi təxminən 12 hektardır.
Gölün suyu gözlə görüləcək dərəcədə şəffafdır. Günəşli havalarda gölün suyu parlaq yaşılımtıl rəngə çalır. Yaz aylarında səth suyunun temperaturu 20 ° C -ə çatır. Qışda göl donur. Gölün yaxınlığında çoxlu qədim qüllələr və digər tarixi abidələr vardır. Həmçinin göl ətrafında, ona yaxın məsafədə sıx iynəyarpaqlı meşələr vardır. Buna görə göl ətrafı Qafqazın ən gözəl yerlərindən biri sayılır.
Göl bulaqlardan və yağıntılardan qidalanır. Şərq yamacında ona üç bulaq axır. Gölün dibində bir çox çıxışları var. Gölün şimal yamacında tektonik yarıq zonasına gedən kiçik bulaq şəklində yeraltı axını var.
Göldə kumja balıqlarıda vardır.
Göl həm yerli əhalinin təsərrüfat həyatında mühüm rol oynayır. Xüsusilə heyvandarlıq üçün vacib əhəmiyyətə malikdir. Göl əsrarəngiz yerdə yerləşdiyindən turistlərin daimi gəldiyi məkanlardandır. Göl xüsusi ekoloji qorunma zonasına daxil olduğundan onun ətrafında ona zərər verəcək hər hansı böyük tədbirin keçirilməsi qadağandır. Buna baxmayaraq, göl il boyu ziyarətçilərin daima gəldiyi yerdir.
Adlanması Gölün adı "Qalayn-Am" çeçen dilindən "Qalay-Göl" olaraq tərcümə olunur.
Yaranması haqqında əfsanə Yerli əhali arasında Qalançoj gölü müqəddəs sayılırdı. Gölün ruhu öküzlə əlaqəli idi. Gölün mənşəyi ilə bağlı poetik mif Vsevolod Miller tərəfindən yazılmışdır:
Birdən ortaya çıxan göl əhaliyə batil qorxunu aşılamağa başladı: onu dibsiz hesab etdilər və suyunu içmədilər.
İstinadlar
Kateqoriya:Əlifba sırasına görə göllər Kateqoriya:Çeçenistan gölləri