və ya əsl adı ilə – Yaponiya dəb modeli, televiziya şəxsiyyəti, actressMeet Rola, the Coolest New Member of the Gucci Crew , Vogue aktrisası və müğənnisi.Rola Reveals That She Has Turned Down Variety Show Offers to Focus on Her Singing Career , Arima Japan Atası banqladeşlidir, anası ilə rus-yapon qarışığıdır.

Model kimi "Vivi" jurnalındakı işlərinə və modellik reklamlarına görə tanınır.ローラが新CMクイーンの座に! , Nihon Monitor 2011-ci ildən etibarən tez-tez Yaponiya televiziyasında çıxış edərək tarento kimi tanınmışdır. Sosial mediada ən çox təqib edilən Yaponiya məşhurlarından biridir. Yaponiyada Libera Production agentliyi ilə əməkdaşlıq edir.

Şəxsi həyatı Rola 30 mart 1990-cı ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. Atası banqladeşlidir, anası isə yapon-rus qarışığıdır. 9 yaşına kimi əsasən Banqladeşdə böyümüşdür və orada Amerikan beynəlxalq məktəbində oxumuşdur. Valideynləri boşandıqdan sonra çinli olan ögey anası tərəfindən böyüdülmüşdür. Ryo adlı əkiz qardaşı və ögey iki bacı-qardaşı var. O və qardaşı banqladeşli ataları tərəfindən müsəlman tərbiyəsi alıblar, lakin Yaponiya mədəniyyətində sərbəst olduğu üçün atası donuz əti yemələrinə icazə verib.

Rola Tokionun Şibuya bölgəsində gəzərkən ona yaxınlaşan bir skaut tərəfindən kəşf edildikdən sonra model olmağa qərar vermişdir.

Rolanın atası Curip 26 iyul 2014-cü ildə Tokioda həbs edilmişdir. Bundan bir il öncə isə dələduzluğa görə İnterpolun axtarılanlar siyahısına salınmışdı.

Karyerası Modellik Yaponiyanın "Popteen" dəb jurnalında bir neçə dəfə göründükdən sonra 2008-ci ildə "Vivi" jurnalı üçün modellik etməyə başlamışdır. Jurnallardan əlavə, podiumlara çıxaraq Tokio qızlar kolleksiyası, Şibuya qızlar kolleksiyası və Qızlar mükafatı kimi dəb şoularında çıxış etmişdir. 2008-ci ildə Kobe kolleksiyası üçün də modellik etmişdir.

2009-cu ildə "Vivi" jurnalının modeli kimi "Vivifleurs" qadın kostyumlarının modeli olmuşdur. 2011-ci ildə Mizuki Yamamoto, Yuri Ebihara, Cessika Miçibata, Tomomi İtano, Hazuki Tsuçiya və Teylor Momsen kimi modellərlə birlikdə Samantha Thavasa dəb leyblının modeli olmuş və reklamlarında iştirak etmişdir. 2012-ci ilin yanvarında Brigitte kosmetika brendinin modeli seçilərək reklamlarında çəkilmişdir.

2012-ci ilin avqustunda ilk dəfə "Vivi" jurnalının üzlüyündə yer almışdır və ilk dəb kitabı "Rola!!" elə həmin ay nəşr olunmuşdur. "Rolanın klozeti" adlı əlavə dəb kitabı isə 26 iyun 2014-cü ildə buraxılmışdır. Bu kitabda Rolanın Instagram platformasında yerləşdirdiyi şəkillər yer almışdır. 2012-ci ilin mayında Peach John qadın altgeyimləri brendinin kataloqunun üzlüyündə yer almışdır və brendin reklamlarında iştirak etmişdir.

2013-cü ildə özünə aid "Vasilisa" brendini qurmuş, 2 parfüm və 5 deodorant buraxmışdır. 2014-cü ilin avqustunda Beams dəb brendi üçün modellik etməyə başlamış, brendin 2014-cü il payız-qış kataloqunda görünmüşdür.

Televiziya Rolanın tarento karyerası 2010-cu ilin iyununda başlamışdır. Həmin il Nihon TV kanalının "Şabekuri 007" estrada verilişində modellər Lena Fucii və Mitsuki Oyşi ilə birlikdə görünmüşdür. Rola 2011-ci ildə "yüksələn televiziya ulduzu" siyahısında 4-cü yerdə göstərilmiş, 200-dən çox Yaponiya televiziya şousunda görünmüşdür. 2012-ci ilin aprelindən 2014-cü ilin martına kimi Fuji TV tərəfindən yayımlanan "Varatte İitomo" estrada verilişində daimi olaraq görünmüşdür.

2014-cü ilin aprelində Rola Fuji TV kanalının "Danketsu Seyo Quiz" adlı yarışma verilişinin aparıcılığını etmişdir. Verilişdə veteran aparıcı və komediyaçı Atsuşi Tamura ilə çıxış etmişdir.

2017-ci ildə qabiliyyət agentliyi ilə 10 illik "qul" müqaviləsi imzalaması barədə məlumatlar yayılmışdır.

Musiqi 2011-ci ilin oktyabrında Issa və SoulJa tərəfindən hazırlanan "I hate u" mahnısının vokalisti kimi debüt etmişdir. Solo debütünü isə 2012-ci ilin iyulunda "Memories" mahnısı ilə etmişdir. Bu mahnı "Kyurem vs. the Sacred Swordsman: Keldeo" adlı Pokemon filminin mahnısı seçilmişdir. Rola bu anime filmində kiçik rolu da olmuşdur. Mahnı buraxıldığı ilk həftədə Oricon çartında 14-cü yerə yüksəlmişdir. 2012-ci ilin sentyabrında Rola kanadalı müğənni Karli Rae Cepsen ilə tanış olmuşdur və onun "Call Me Maybe" mahnısını səsləndirmişdir.

Twitter Rola Twitter şəbəkəsinə 29 fevral 2012-ci ildə qoşulmuşdur. Üç gündən sonra artıq 190 min izləyiciyə sahib olmuşdur. İki həftə sonra bu say 430 minə çataraq Yaponiya modelləri arasında ən yüksək rəqəmə çatmış, hətta Tsubasa Masukavavə Kyari Pamyu Pamyu kimi modelləri keçmişdir. 13 aprel 2012-ci ildə izləyici sayı 670 minə, oktyabr isə 1 milyona çatmışdır. 2014-cü ilin iyununda izləyici sayı iki milyonu keçən 4-cü Yaponiya məşhuru olmuşdur. 2020-ci ilin fevralına olan məlumata əsasən 4,2 milyon izləyicisi var və Yaponiya qadın məşhurları arasında 2-ci yerdədir.

Film 2016-cı ildə çəkilmiş "Rezident şər: Sonuncu fəsil" filmində qadın əsgər Kobaltı canlandırmışdır.

Reklamlar Rola dəb reklamları ilə yanaşı bir çox brendin və məhsulun reklamlarında iştirak etmişdir. 2012-ci ilin aprelində Fujiya şirniyyat brendi ilə müqavilə imzalamış və sentyabrda üzərində Rola şəkilləri olan paketə malik şirniyyatlar buraxılmışdır. 2012-ci ilin avqustunda HotLand takoyaki restoranlarının reklamlarında və posterlərində yer almışdır. 2013-cü ildə Tsuyamote Beauty gözəllik məhsullarının, Dr. Scholl's ayaq baxımı brendinin, Momo no Ten-nensui içki brendinin reklamlarında çəkilmişdir. TBC spa şirkətinin televiziya reklamlarında çəkilmişdir.

2014-cü ildə Antenna mobil xəbərlər tətbiqinin reklamında görünmüşdür.

Mükafatlar 2012 29-cu Yaponiya Cins Konvensiyalarının Ən yaxşı "Cinsçi" mükafatı: Komitə kateqoriyası 17-ci Yaponiya Manikürçülər Assosiasiyasının Dırnaq Kraliçası Mükafatı: Tarento kateqoriyası

2013 10-cu "Gözəllik Mükafatının ən yaxşısı": İyirmilər kateqoriyası 30-cu Yaponiya Cins Konvensiyalarının Ən yaxşı "Cinsçi" mükafatı: Ümumi publika kateqoriyası

2014 31-ci Yaponiya Cins Konvensiyalarının Ən yaxşı "Cinsçi" mükafatı: Ümumi publika kateqoriyası 19-cu Yaponiya Manikürçülər Assosiasiyasının Dırnaq Kraliçası Mükafatı: Tarento kateqoriyası

2015 Cookpad mükafatı 2015: Ən yaxşı bişirmə

İstinadlar

Xarici keçidlər Rəsmi bloqu Libera-japan.com profili

Kateqoriya:Yaponiya fotomodelləri Kateqoriya:Yaponiya aktrisaları Kateqoriya:Banqladeş şəxsləri Kateqoriya:Yaponiya müsəlmanları