Qreysi Karvalyo () – Braziliya modeli. The Lions (Nyu-York, Los-Anceles), Oui Management (Paris), Why Not Model Management (Milan), Select Model Management (London) agentlikləri ilə əməkdaşlıq edir.

Karyerası Qreysi Karvalyo modellik karyerasına 2007-ci ildə 18 yaşında ikən San-Pauluda yerli müsabiqəyə daxil olduqdan sonra başlamışdır. 2008-ci ildə Dəb həftəsində debüt etmişdir. Rio Dəb Həftəsinin ən çox təklif alan modeli olmuşdur: 39 dəb şousunun 35-ində podiuma çıxmışdır. Dəb həftəsindəki uğurlarından, "L'Officiel" jurnalının üz qabığında göründükdən və "Vogue", "Elle" kimi jurnallarda bəhs edildikdən sonra Marilyn agentliyi ilə müqavilə bağlamışdır. Burberry brendi, Karl Lagerfeld, Ralf Loren, Vera Vonq və Vivianna Vestvud kimi dizaynerlər üçün modellik etmişdir.

2009-cu ilin payızında ilk dəfə Nyu-York və Parisin dəb həftələrində podiuma çıxmış, Karoliaa Herrera, Maks Azriya, Cambattista Valli və Stella Makkartni kimi dizaynerlər üçün modellik etmişdir. Miu Miunun yeganə rəng modeli olmuşdur. 2009-10-cu illərdə DKNY moda evinin, 2010-cu ildə Tommy Hilfinger brendinin siması olmuşdur.

Karvalyo qadınalt platarları, çimərlik geyimləri və kataloq modelliklərinə görə məşhurdur, H&M, Next və Calzedonia brendləri üçün modellik etmişdir. 2010 və 2015-ci illərdə Victoria's Dəb Şousunda podiumda çıxış etmişdir. 2010-cu ilin Pirelli təqvimində yer almışdır.

Muay tay və ciu-citsu idman növləri ilə məşğul olur. Hətta buna görə 2017-ci ildə Marşon Linçin idman brendinin siması olmuşdur.

İstinadlar

Xarici keçidlər Qreysi Karvalyo models.com saytında.

Kateqoriya:Braziliya fotomodelləri Kateqoriya:The Lions modelləri