Qərbi Estoniya arxipelaqı () və ya Moonzund arxipelaqı — Baltik dənizində adalar qrupu.
Coğrafiyası Estoniyanın ərazisindədir. 4 böyük (Saaremaa, Hiyumaa, Muhu, Vormsi) və 500-dən çox kiçik adadan ibarətdir. Sahəsi 4,000 km2, hündürlüyü 54 metrə qədərdir. Ərazisinin çox hissəsi meşələr və çəmənlərlə örtülüdür. Sahillərində qum dünləri var.
İqtisadiyyatı Balıqçılıq, əkinçilik və heyvandarlıqla məşğul olunur. Mühüm şəhəri Kingiseppdir (Saaremaa adası).
İstinadlar
Kateqoriya:Baltik dənizi adaları