Axundov Əhliman Molla Əli oğlu () Azərbaycan folklorşünası və ədəbiyyatşünas-alimi.

Həyatı Əhliman Əli oğlu Axundov 30 sentyabr 1903-cü ildə keçmiş Zəngəzur qəzasının Əliquluuşağı kəndində anadan olmuşdur. 1909-cu ildən 1919-cu ilədək atası Molla Əlinin mədrəsəsində Azərbaycan, fars və ərəb dilləırində ilk təhsilini almış və daha sonra Şuşa Pedaqoji Texnikumunu bitirmişdir. 1932-ci ildə Ali Pedaqoji İnstitutu bitirmiş, aspiranturada təhsilini davam etdirmiş və Bəkir Çobanzadənin elmi rəhbərliyi ilə dissertasiya müdafiə edərək elmlıər namizədi adını almışdır. Ömrünü folklor tədqiqatına bağlamış Əhliman Axundov Azərbaycanın bütün bölgələri üzrə folklor nümunələrini toplamış və ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnsitutunda müxtəlif vəzifələrdə çalışmışdır.

Əhliman Axundov 1977-ci ildə oktyabr ayının 2-də Bakı şəhərində vəfat etmişdir.

Əsərləri Sadiq qardaş, 1942 Qudurğan qaban, 1942 Nağıllar, 1948 Азербайджанские сказки, 1950 (rus dilində) Məlik Məmməd, 1958 Əsli və Kərəm, 1960 Qaçaq Nəbi, 1961 Xalq dastanları 2 cildlik, Əhliman Axundov, 1961 Azərbaycan nağılları 5 cildlik, 1961 Telli saz ustaları, 1964 Cənnət satan molla, 1965 Sarı aşıq, 1966 Aşıq Ələsgər, 1967 Azərbaycan folkloru antologiyası. II cild (toplayanı Ə.Axundov) Bakı. Azərbaycan EA nəşriyyatı. 1968 Azərbaycan dastanları 5 cildlik Əhliman Axundov, 1969 Azərbaycan nağılları 2 cildlik, 1970 Aşıq Ələsgər 2 cildlik, 1970 Aşıq Hüseyn Şəmkirli, 1971 Oyunlar, 1971 Azərbaycan xalq nağılları, Əhliman Axundov, 1972 Tülkü tülkü tümbəki, 1972 Qaravəllilər, 1974 Aşığın sözü, 1976 Azərbaycan xalq dastanları, Əhliman Axundov, 1980 Azərbaycan nağılları, 1982 Azərbaycan aşıqları və el şairlər, Tərtib edən: Ə.Axundov. İki c.də II c. Bakı, Elm,1984 Azərbaycan aşıqları Tərtib edən: Ə.Axundov. İranda nəşr olunub Dəli Padşah pyesi

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:Azərbaycan folklorşünasları Kateqoriya:Azərbaycanlı folklorşünaslar