Sasunlu David (, Sasuntsi David; digər adlar , Sasna tserer, «Sasunlu igidlər», «Coşğun sasunlular» və , Cocants tunı, «Böyüklər evi», «Əcdadlar evi») — orta əsr erməni dastanı. Dastan Sasun (tarixi Ermənistan vilayətində yer, indi Türkiyədə yerləşir) döyüşçülərinin ərəb işğalçılarına qarşı mübarizəsindən bəhs edir. VIII–X əsrlərdə formalaşmışdır. Dastan dörd qoldan ibarətdir: birincisi – Sanasar və Bağdasar, ikincisi – Böyük Mher, üçüncüsü – David, dördüncüsü – Gənc Mher.

Dastan ilk dəfə 1873-cü ildə xalq ədəbiyyatı tədqiqatçısı Qaregin Srvandztyants tərəfindən Arnist kəndində yaşayan Krpo adlı bir kəndlindən qeydə alınmışdır. Hal-hazırda Ermənistanın müxtəlif bölgələrində qeydə alınan dastanın əlli variantının akademik nəşri mövcuddur.

İstinadlar

Xarici keçidlər

Текст Эпоса, об эпосе, словарь терминов Текст эпоса в переводе Валерия Брюсова и Михаила Лозинского Аудиокнига «Давид Сасунский» книга Сасунци Давид Мультфильм Сасна Црер (Сасунци Давид)

Kateqoriya:Ermənistan ədəbiyyatı Kateqoriya:Ermənistan mədəniyyəti Kateqoriya:Epika Kateqoriya:Epik poemalar