Qazaros Avetisoviç Avakyan (, ; ) — erməniəsilli SSRİ hərbçisi, leytenant. O, İkinci Dünya müharibəsində iştirak etmişdir.

Həyatı Qazaros Avetisoviç Avakyan 12 sentyabr 1918-ci ildə Yelizavetpol qəzasının Çaykənd kəndində anadan olmuşdur. O, 1940-cı ildən Sovet Ordusunda xidmət edərək İkinci Dünya müharibəsində iştirak etmişdir. Avakyan müharibə illərində, 1943-cü ildə Smolenskdə, 1944-cü ildə isə Belorusiyada gedən döyüşlərdə vuruşmuşdur. O, 22 yanvar 1945-ci ildə Polşada, Ostrolenka şəhəri uğrunda gedən döyüşlərdə həlak olmuşdur.

Təltif və mükafatlar Qazaros Avakyan "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. O həmçinin, ölümündən sonra, 24 mart 1945-ci il tarixində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

İstinadlar

Əlavə ədəbiyyat Герои Советского Союза: Краткий биографический словарь / Пред. ред. коллегии И. Н. Шкадов. — М.: Воениздат, 1987. — Т. 1 /Абаев — Любичев/. — 911 с. — 100 000 экз. — ISBN отс., Рег. № в РКП 87-95382. Амирханян М. Д. Армяне — Герои Советского Союза. — Ереван, 2005. — 202 с. ISBN 99930-4-342-7

Kateqoriya:SSRİ hərbçiləri Kateqoriya:Böyük Vətən müharibəsində həlak olanlar Kateqoriya:SSRİ baş leytenantları