Quranda Georgiyevna Qabuniya (, 26 avqust 1938–4 fevral 2019) — gürcü sovet aktrisası. Gürcüstan SSR əməkdar artisti (1979), Gürcüstan SSR xalq artisti (1990). Potinin Fəxri vətəndaşı (1997).

Həyatı Quranda Qabuniya 1960-cı ildə Şota Rustaveli adına Teatr İnstitutunu bitirib. Məzun olduqdan sonra Şota Rustaveli Teatrına daxil olur. Quranda Qaqbuniya Tbilisi Sanitar Mədəniyyət Teatrında (1961–1963), Şota Rustaveli Teatrında (1967–1970), Rustavi Dram Teatrında (1970–1975) çalışmışdır. O, 1975-ci ildən Kote Marcanişvili adına Tbilisi Akademik Teatrında çalışıb.

Qabuniya yaradıcılıq üslubu incə sənətkarlıq, peşəkarlıq, səhnə temperamenti, hisslərinin sətliyi ilə fərqlənirdi. Onda fərqli çalarlar qəhrəmanlıq, dramatik-romantik, lirik və ya xarakterik şəkildə ifadə olunurdu. İfa etdiyi rolları kəskinlik, plastiklik və mülayimlik hissi ilə xarakterizə olunur. Kote Marcanişvili adına Tbilisi Akademik Teatrında Marcanişvili qeyd olunan rolları: Marqarita (Vadim Korostilevin "Yalnızlıq bayramı"), Asmati (Revaz Tabukaşvilinin "İnsanlar nə deyir"), Dolli (Leo Tolstoyun "Anna Karenina"), Şota Rustaveli Teatrında: İren (Serqo Kldiaşvili "Qasırğa"), İsmena (Jan-Anui "Antiqona"), Rustavi Dram Teatrında: Xose (Otia İoseliani "Altı Shinabers və Bir Adam"), Roksana (Rostani "Sirano de Berjerak "), Eli Çeremisova (Vadim Korostilov "Yüz il sonra") rollarını ifa etmişdir.

Quranda Qabuniya həmçinin digər rollarınında: İrina (Dat Tutaşxiya, 1978), Culiet (Payız Günəşi, 1973), Laura (Orometrial, 1986), Darecan (Gecə bitdi, 1983), Çorikana (Salkindəki Vaniti, 1975), Rusudan ("Bir5 səma altında", 1961), Lili Bitsola ("Tbilisi mənim evimdir", 1994) və s öhdəsindən məharətlə gəlmişdir.

Quranda Qabuniya 1998-ci ildə Şərəf ordeni, 1999-cu ildə Kote Marcanişvili mükafatına layiq görülmüşdür.

2018-ci ildə aktrisa İlin ən Yaxşı Aktrisası adı nominasiyasında mükafata layiq görülüb.

Quranda Qabuniya 4 fevral 2019-cu ildə ağır xəstəlikdən sonra dünyasını dəyişib. O, Didube panteonunda dəfn edilib.

Filmoqrafiya 1963 - Kuklalar gülür 1965 - Son tarix şəfəqdə bitir 1973 - İsti payız günəşi 1979 - Ekipaj, təyyarədəki sərnişin 1983 - Gün gecədən daha uzundur, Spiridonun qızı Darecan 1993 - gözlənilməyən Budulay 1999 - Hörmətli M. 2005 - Kursantlar, Məryəm, öncəki kursantının nənəsi 2006 - "Qaranlıq instinkt", Maya Tixonovna Daro, Marinanın rəfiqəsi, şəxsi müşayiətçisi Mükafatları Gürcüstan SSR əməkdar artisti (1979). Gürcüstan SSR xalq artisti (1990). Şərəf ordeni (1998). Puşkin Medalı (24 dekabr 2007, Rusiya) - rus dilinin yayılmasına, öyrənilməsinə və mədəni irsin qorunmasına, millətlərin mədəniyyətlərinin yaxınlaşmasına və qarşılıqlı zənginləşməsinə verdiyi böyük töhfəyə görə. Kote Marcanişvili mükafatı (1999). Potinin Fəxri Vətəndaşı (1997).

İstinadlar

Xarici keçidlər Легендарной грузинской актрисе Гуранде Габуния исполнилось 80 лет

Умерла актриса фильма «Экипаж» Гуранда Габуния

Гуранда Габуния

გურანდა გაბუნია

Kateqoriya:"Puşkin" medalı laureatları Kateqoriya:Gürcüstan aktyorları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Gürcüstan aktrisaları Kateqoriya:XX əsr aktrisaları