Timur Ummatoviç Rəcəbov () — Dağıstan şairi və tərcüməçisi. Rusiya Yazıçılar Birliyinin üzvü (2015). Həyatı Timur Rəcəbov Dağıstanda, Buynakskda anadan olub. Onun ata nəsli Rutulski rayonunun Kina kəndindən gəlir. O, milliyətcə rutuldur. Təhsili Timur Rəcəbov Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Prezident Rəsul Həmzətov gənc şairin 1997-ci ildə Universitetə qəbul olması üçün ona referans verir. Məktəbə getməzdən öncə Rəcəbov Cənubi Dağıstanın Azərbycanla sərhəd dağlıq hissələrində yaşayıb. Tez-tez məktəblərini dəyişərək Mahaçqala, Kaspiysk, Xasavyurt, Buynaksk şəhərlərində təhsil alıb. Kolleci bitirdikdən sonra gələcək şair Dağıstan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almağa qərar verir. Universitetə daxil olmaq üçün təcili nə isə dərc etdirmək lazım idi. Nəsr Timura çox mürəkkəb görünürdü, ona görə də o,həyatının ilk misralarını yazır.

Rəcəbov Dağıstan Dövlət Universitetinin birinci kursunu əla qiymətlərlə bitirir. Daha sonra o, Moskva Ədəbiyyat İnstitutunda təhsil alır. Diplomunu alanda Timur Rəcəbov artıq şeirlər kitabının müəllifi idi.

Kitabları Timur Rəcəbovun 2006-cı ildə “Kəmşirin şərab” şeirlər kitabı işıq üzü görüb.

Timur Rəcəbov “Gümüş Oxatan” kitabının müəlliflərindən biridir. Şeirlər toplusu 2008-ci ildə işıq üzü görüb.

Timur Rəcəbovun əsərləri Rusiyanın, Avropanın və ABŞ-nin tanınmış ədəbi-ictimai-siyasi jurnal və qəzetlərində dəfələrlə dərc olunub. Onun bu əsərləri sırasına: “Gecə-gündüz”, “Xarici həyətlər”, “Moskovski komsomolets”, “Çıraq və baca”, "Yeddi sənət" və başqaları daxildir.

2013-cü ildə Mahaçqalada təqdimatı uğurla keçirilmiş “Oxuya bilərsən” adlı şeirlər toplusu işıq üzü görüb. 2014-cü ilin yanvarında Moskva Millətlər Evində “Oxuya bilərsən” kitabının təqdimatı olur.

Timur Rəcəbovun şeirlərinə bəstələnmiş mahnılar Timur Rəcəbov çoxsaylı mahnıların söz müəllifi kimi də tanınır. Onlardan bəzilərini aşağıdakılardır: Mən sovet əsgəriyəm (musiqi, ifası Marat Fidelə, sözləri Timur Rəcəbova aiddir) Əsrlər üçün (Rusiya haqqında mahnı) (musiqi, ifa Sergey Minayev, sözləri Timur Rəcəbova)

Mükafatları "Moskva atəşfəşanlığı - 2006" mahnı festivalı laureatı" "Gümüş Oxatan - 2007" beynəlxalq şeir müsabiqəsinin laureatı (Los-Anceles) "Payız dəftərləri" beynəlxalq şeir müsabiqəsinin mükafatçısı (3-cü yer) (2007) . Yusup Xappalayev mükafatı laureatı (Mahaçqala, 2012);; Dörd dəfə Moskva meriyasının himayəsi altında "Xatirələr" (2006-2012) Ümumrusiya forumunun iştirakçısı və laureatı olmuşdur. Ümumilikdə, böyük və kiçik ədəbi onlayn və üz-üzə müsabiqələrdə 20-dən çox qələbə və mükafatlar. İnternet səsverməsinin nəticələrinə görə "İlin dağlısı - 2013", "İlin dağlısı - 2014" milli müsabiqəsinin "Ədəbiyyat" nominasiyasının finalçısı və "İlin dağlısı - 2015"in qalibidir .

İctimai fəaliyyəti Timur Rəcəbov tez-tez gənc nəsil ilə görüşür, Moskva və Dağıstanda yaradıcılıq gecələri keçirir. Onun yaradıcılıq gecələrindən bəziləri aşağıdakılardır: 22 yanvar 2014-cü ildə Moskva Millətlər Evində Timur Rəcəbovun poeziya gecəsi keçirildi. 7 avqust 2014-cü il tarixində Rəsul Qəmzətov adına Dağıstan Respublikasının Milli Kitabxanasında şair və xalq şeirlərinin tərcüməçisi Timur Rəcəbovun yaradıcılıq gecəsi keçirilmişdir. 4 dekabr 2015-ci il tarixində gənc şair Timur Rəcəbov Xasavyurt kitabsevərləri ilə görüşür.. 2015-ci il dekabrın 7-də Rusiya Yazıçılar İttifaqının üzvü Timur Rəcəbov Kizlyar gəncləri ilə görüşür..

İstinadlar

Xarici keçidlər Timur Rəcəbov

Kateqoriya:Rusiya şairləri Kateqoriya:Rusiya Yazıçılar Birliyinin üzvləri Kateqoriya:XXI əsr tərcüməçiləri Kateqoriya:Rusiya tərcüməçiləri Kateqoriya:XXI əsr şairləri Kateqoriya:Dağıstan şairləri Kateqoriya:Rutullar Kateqoriya:XX əsr tərcüməçiləri