Avet Markosoviç Avetisyan (; əsl soyadı Voskanyan; ) — Ermənistan-sovet aktyoru, SSRİ xalq artisti.
Həyatı Avet Markosoviç Avetisyan 25 noyabr 1897-ci ildə Rusiya imperiyasının bir hissəsi olan Tiflis şəhərində anadan olmuşdur. O, 1922-ci ildən İrəvanda yerləşən Qabriel Sundukyan adına teatrın yaradıcılarından olmuşdur. Avetisyanın yaratdığı obrazlarda milli xüsusiyyətlər və yumor güclüdür. Əsas rolları: Zambaxov ("Xatabala", Qabriel Sundukyan), Saqatel ("Şərəf naminə", Aleksandr Şirvanzadə), Balabəy ("Təcrübə tarlası", Nairi Zaryan), Kuligin ("Tufan", Aleksandr Ostrovski), Dostiqayev ("Dostiqayev və başqaları", Maksim Qorki). 1926-cı ildən kinoya çəkilmişdir ("Pepo", "Zəngəzur" və s.). O, 1942-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Avetisyan 29 mart 1971-ci ildə Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində vəfat etmişdir.
Təltif və mükafatlar Avet Avetisyan 1941-ci ildə SSRİ Dövlət mükafatına, 1962-ci ildə isə SSRİ xalq artisti adına layiq görülmüşdür. O həmçinin, "Lenin" ordeni, 3 başqa orden, həmçinn medallarla təltif edilmişdir.
İstinadlar
Əlavə ədəbiyyat Вельтман С. Л., Авет Аветисян (Москва, 1939)
Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Rusiya şəxsləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Ermənistan SSR xalq artistləri