Məhərrəmkənd rayonu — Rusiya Federasiyasının bir subyekti olan Dağıstan Respublikasında bir rayon.

Coğrafiyası Rayonun sahəsi 641 km², inzibati mərkəzi Məhərrəmkənd kəndidir.

Tarixi Dağıstan Respublikasının cənubunda yerləşən Məhərrəmkənd rayonu adını öz inzibati mərkəzi olan Məhərrəmkənd kəndindən alır. Məhərrəmkəndin yaranması ilə bağlı əsas versiyalardan birinə görə, kənd 1801-ci ildə Şeyxəli xanın sərkərdə Məhərrəmə xidmətlərinə görə bağışladığı torpaqlarda salınıb və nəticədə kənd onun adı ilə adlanmağa başlayıb.

Əhalisi 2002-ci ildə aparılmış siyahıya almaya əsasən rayonun 58.694 nəfər əhali yaşayır.Всероссийская перепись населения 2002 года Bu siyahıya almaya əsasən əhalisinin sayına görə rayonun ən iri yaşayış məntəqəsi Məhərrəmkənd kəndi (6.266 nəfər), Sovetskoye kəndi (3.926 nəfər), Samur kəndi (3.484 nəfər) və Qaptsax kəndidir (3.270 nəfər).

1989 – cu ildə aparılmış siyahıya almaya əsasən rayon əhalisinin 93%-ni ləzgilər, 7%-ni isə digər xalqlar təşkil edir.

Kəndləri Rayonda 33 yaşayış məntəqəsi var və onların hamısı kənd tipli yaşayış məntəqəsidir. Kəndlər : Azadoğlu Bülbül-Qazmalar Büt-Qazmalar Hazard-Qazmalar Haptsax Harax Hilyar Cepel Kepir-Qazmalar Qartas-Qazmalar Kirka Qliçxan Quysun Qçun-Qazmalar Məhərrəmkənd Maqa-Qazmalar Muqurqan Yeni Aul Orujba Primorski Samur Sovetskoye Tahirkənd Tahirkənd-Qazmalar Filer Xoca-Qazmalar Xorel Xtun-Qazmalar Tseləgün Çaxçax-Qazmalar Yaraq-Qazmalar Yaruqvalar

İstinadlar

Kateqoriya:Dağıstan rayonları Kateqoriya:Məhərrəmkənd rayonu Kateqoriya:1943-cü ildə yaranmış dövlətlər və ərazilər