250px|thumb|right|Avstraliyanın 1830-cu ildə çəkilən xəritəsində "Böyük çay" və "Böyük dəniz" təsvir edilmişdir. Bunların hər ikisinin mövcud olmadığı sonradan təsdiqlənmişdir.

Avstraliyanın quru ərazisinin öyrənilmə tarixi — Avstraliyanın daxili hissəsinin avropalı müstəmləkəçilərə açılması. Bu, 1788–1900-cü illəri əhatə edən bir dövrdə baş vermişdir.

Tarixi 1813–1817-ci illərdəki ekspedisiyalar nəticəsində Böyük Suayırıcı silsiləsinə keçilmiş, ondan qərbdəki düzənliklər kəşf olunmuşdur. İngilis səyyahları Çarlz Stört (1829–1830), Tomas Mitçell (1835–1836), Corc Qrey (1837–1839) Avstraliya çay sistemlərini və s. tədqiq etmişdir. 1840-cı ildə Polşa səyyahı Pol Edmund Stşeletski Avstraliya Alp dağlarını keçmiş və Avstraliyanın ən yüksək zirvəsi olan Kostyuşko dağını kəşf etmişdir. Avstraliyanın mərkəzi səhra rayonlarında Stört (1844–1846), Oqastes Qreqori (1855–1856 və 1858) və başqaları tədqiqat aparmışdır. 1860-cı ildə ingilis Robert Berk, ilk dəfə olaraq, Avstraliya materikini Adelaidadan Karpentariya körfəzinədək keçmişdir. 1862-ci ildə Con Stüart Mərkəzi Avstraliyada tədqiqat aparmışdır. Qərbi Avstraliyanın daxili səhra rayonlarını Con Forrest (1869, 1870, 1874), Ernest Cayls (1872–1873, 1875–1876), Piter Uorberton (1873), D. Lindsey (1801), L. Uels (1896), Devid Karnegi (1896) tədqiq etmişlər. Avstraliyanın daxili rayonlarındakı öyrənilməmiş yerlərdə sonralar S. Ueston (1908–1909), Donald Corc Makkey (1926–1937), Sesil Medigen (1937–1939) və başqaları tədqiqat aparmışlar.

İstinadlar

Əlavə ədəbiyyat Bennett, S. (1867). The history of Australian discovery and colonisation. Sydney: Hanson and Bennett. Ridpath, J. C. (1899). Ridpath's universal history; an account of the origin, primitive condition, and race development of the greater divisions of mankind, and also of the principal events in the evolution and progress of nations from the beginnings of the civilized life to the close of the nineteenth century. Cincinnati: Jones Brothers Pub.

Xarici keçidlər Explorers page at Project Gutenburg Australia Australian Discovery page at Project Gutenburg Australia

Kateqoriya:Avstraliya tarixi