Şahzadə Murad (Osmanlıca:شہزادہ مراد; ) — Osmanlı şahzadəsi, Şahzadə Əhmədin övladı. II Bəyazidin (1481–1512) ölümündən sonra Osmanlı taxtı uğrunda baş vermiş toqquşmalarda iştirak etmişdir.
Həyatı Muradın atası Əhməd Osmanlı taxtının hüquqi varisi idi. Lakin taxt-tac uğrunda mübarizədə qardaşı Şahzadə Səlimə məğlub olmuş Əhməd Səfəvi hökmdarı I Şah İsmayıldan yardım almışdır. Şahzadə Əhmədin Səlim tərəfindən öldürülməsindən sonra onun oğlu Murad Şah İsmayıldan yardım almağa və taxt iddiasını davam etdirməyə çalışmışdır. Şah İsmayıl ondan istifadə eədərk Səlimə qarşı olan müxalifəti mobilizasiya etmək istəyirdi. 1512-ci ildə Nurəli Xəlifənin Anadoluya doğru baş tutmuş böyük ölçülü yürüşündə Murad da ona qatılmış və hətta səfəvilərdən Qızılbaş börkü almışdır. Səlimin xəfiyyələrinin ona verdiyi məlumata görə, Şah İsmayılın məqsədi Anadolunu ələ keçirmək və bəylərbəyilik kimi Murada vermək idi. Yerdə qalan torpaqlar isə qızılbaşlar tərəfindən idarə edilməli idi. Hər bir halda, Qızılbaşların Murada verdikləri dəstək nəticəsiz qaldı və Murad Səfəvi sarayına sığınmağa məcbur oldu.
Muradln taxt-tac iddiası zamanı Şah İsmayılın onu dəstəkləməsi Sultan Səlim üçün əsas casus belli (savaş bəhanəsi) olmuş və Çaldıran döyüşü ilə nəticələnmişdir.
O, Kaşanda və ya İsfahanda vəfat etmişdir.
Övladları Şahzadə Mustafa Şahzadə Mehmed Asitanşah Sultan
Həmçinin bax Çaldıran döyüşü Şahzadə Bəyazid
Mənbə
İstinadlar
Kateqoriya:Osmanlı sülaləsi