Temik Avanesoviç (Oqanesoviç, Aqanesoviç) Avtandilyan (, ; ) — erməni əsilli sovet hərbçisi, baş leytenant.

Həyatı Temik Avanesoviç Avtandilyan 20 avqust 1922-ci ildə SSRİ tərkibindəki Azərbaycan SSR-nin Cavanşir qəzasındakı Ağdərə kəndində anadan olmuşdur. O, Bakıda hərbi məktəb bitirmiş, 1941-ci ildən Sovet Ordusunda xidmət etmişdir. 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olan Avtandilyan Qafqaz, Ukrayna və Polşada gedən döyüşlərdə iştirak etmişdir. O, 1945-ci ildə Polşanın Qloquv şəhərində hücum zamanı rədaşət göstərmiş və həlak olmuşdur.

Mükafat və təltiflər Temik Avtandilyan "Qırmızı Bayraq", "Qırmızı Ulduz" ordenləri və medallarla təltif edilmiş, 27 iyun 1945-ci ildə, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı almışdır.

İstinadlar

Əlavə ədəbiyyat Герои Советского Союза: Краткий биографический словарь / Пред. ред. коллегии И. Н. Шкадов. — М.: Воениздат, 1987. — Т. 1 /Абаев — Любичев/. — 911 с. — 100 000 экз. — ISBN отс., Рег. № в РКП 87-95382. Амирханян М. Д. Армяне — Герои Советского Союза. Ер., 2005. — 202 с.: ISBN 99930-4-342-7 Саркисян С. Т. Энциклопедия Арцах-Карабаха. Спб., 2005. — 312 с.: ил. ISBN 5-9676-0034-5

Xarici keçidlər Темик Аванесович Автандылян. Сайт «Герои страны».

Kateqoriya:SSRİ baş leytenantları Kateqoriya:Böyük Vətən müharibəsində həlak olanlar Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri