Yusuf Dəmir (, 2 iyun 2003, Vyana, Avstriya) — cinah mövqeyində oynayan türk əsilli avstriyalı futbolçu. Avstriya milli futbol komandasında və La Liqa təmsilçisi olan Barselona klubunda çıxış edir.

Həyatı Yusuf Dəmir 2003-cü il iyunun 2-də Avstriyanın paytaxtı Vyanada, ailəsinin kökləri Türkiyənin Trabzon şəhərindən olan türk ailəsində anadan olmuşdur.

Klub karyerası

Rapid Vyana 26 may 2019-cu ildə Yusuf Dəmir Rapid Vyana ilə müqavilə imzaladı. Dəmir peşəkar debütünü 14 dekabr 2019-cu ildə Admira üzərində 3-0 liqa qalibiyyətində Rapid Vyana ilə etdi. 15 sentyabr 2020-ci ildə Dəmir UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Gent"ə 1-2 hesablı məğlubiyyətdə qol vurdu. O, 17 il, 3 ay və 10 gün sonra, Gerd Vimmerdən sonra UEFA Çempionlar Liqasında qol vuran ən gənc futbolçu oldu.

Barselona 2021-ci ilin iyulunda Barselona Yusuf Dəmiri Rapid Vyana-dan 500.000 avroya bir mövsümlük icarəyə götürdüklərini və gələcəkdə 10 milyon avroya Yusuf Dəmiri komandaya transfer edə biləcəklərini elan etdi.

31 avqust 2021-ci ildə Barselona, Yusuf Dəmiri, əsas komanda oyunçusu kimi qeydiyyatdan keçdirdi. O, daha əvvəl Usman Dembele-nin geyindiyi 11 nömrəli formanın sahibi oldu.

Kateqoriya:Avstriya futbolçuları Kateqoriya:Rapid Vyana FK futbolçuları Kateqoriya:Barselona FK futbolçuları Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Bazel FK futbolçuları Kateqoriya:Legioner Avstriya futbolçuları Kateqoriya:Avstriyanın kişi futbolçuları Kateqoriya:Avstriya Bundesliqası futbolçuları Kateqoriya:İsveçrə Super Liqası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Avstriya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Avstriya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular