Duqlas adası () — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən qabarma adası. Ada dar Qastino boğazı ilə ayrılan Cuno şəhərinin qərbində və böyük Admiralti adasının şərqində yerləşir. Cuno-Duqlas körpüsü ilə Cuno ilə birləşir. Çəkilmə zamanı ada şimal ucunda yerləşən ensiz bir bərzəxlə materiklə birləşir. Adanın sahəsi 199,24 km²-dir. Bu göstərici onu ABŞ-də 67-ci ən böyük ada edir. 2000-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı 5297 nəfərdir.

Ada Salisberi yepiskopu Con Duqlasın şərəfinə Corc Vankuver tərəfindən adlandırılmışdır.

İstinadlar

Kateqoriya:Aleksandr arxipelaqı