Fərhad İslam oğlu Ağayev () — Azərbaycan Milli Ordusunun sıravi əsgəri; Azərbaycanın Milli Qəhrəmanı.
Həyatı Fərhad İslam oğlu Ağayev 4 avqust 1975-ci ildə Sabirabad rayonunun Əliləmbəyli kəndində anadan olub. 1992-ci ildə Əliləmbəyli kənd orta məktəbini bitirib.
Subay idi.
Birinci Qarabağ müharibəsi 8 oktyabr 1993-cü ildə Sabirabad Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilib.
24 yanvar 1994-cü ildə cəbhə zonasına göndərilib. Birinci Qarabağ müharibəsi zamanı o, əvvəlcə Seyidəhmədli (Füzuli rayonu) istiqamətində gedən döyüşlərə qatılıb. Füzuli rayonu ərazisində bir neçə döyüş əməliyyatından sonra isə Murovdağ, Ömərdağ, Güzgü adlandırılan müdafiə əməliyyətli ərazi döyüşlərində fərqlənib.
1995-ci ilin fevralında Goranboy rayonuna – cəbhə bölgəsinə göndərilir.
1995-ci ilin 12–18 martında baş verən dövlət çevrilişinə cəhd zamanı silahlı dəstələrin zərərsizləşdirilməsi əməliyyatlarına göndərilib. Fərhad Ağayevin daxil olduğu batalyon dövlət çevrilişinə cəhdin qarşısını almaq üçün Ağstafa rayonuna ezam olunub. Martın 13-də döyüşlər zamanı ağır yaralanıb, martın 15-də isə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Sabirabad Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Prezidenti Heydər Əliyevin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Fərhad İslam oğlu Ağayeva ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Xatirəsi Sabirabad rayonunda Ələmbəyli kənd tam orta məktəbi Fərhad Ağayevin adını daşıyır.
İstinadlar
Ədəbiyyat Döyüşçü Fərhad İslam oğlu Ağayev //Azərbaycan.-1993.- 23 iyun.- S.3. Şükürlü İ. Dağlar kimi uca //Şükürlü İ. Ölsəm ağlama.-B., 1996.- S.11–12. Xalid Mahmud. "Əbədiyyət yolçuları". UniPrint 2020. "Fərhad Ağayev" S. 9–10
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları