250px|thumb|right|Ağbaş Ukrayna qaramalının Ukrayna poçt markası üzərində təsviri.
Ağbaş Ukrayna qaramalı — südlük cins. XIX əsrdə Ukraynada yerli Polesye inəklərinin Hollandiya qaramal cinsi buğaları ilə cütləşdirilməsindən alınmışdır. Əsasən, qara və qırmızı rənglidir. Əksəriyyətinin başı, boğazının, qarnının altı, ayaqları və quyruğunun ucu ağ olur. İnəkləri ildə 2500–3000 kiloqram, ən yaxşıları 4000–4500 kiloqram süd verir; südünün yağlılığı 3,6–3,7%-dir. İnəklərin diri çəkisi 400–450 kiloqram, buğalarınkı 800–900 kiloqramdır. Ukraynanın Kiyev, Jitomir, Vinnitsa və Xmelnitski vilayətlərində yetişdirilir.
İstinadlar
Əlavə ədəbiyyat
Kateqoriya:İnək cinsləri