thumb|right|Zarembo adası Zarembo adası () — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Mitkov adasının cənubunda, Etolin adasının şimal-qərbində və Uels Şahzadəsi adasının şimal-şərqində yerləşir. Adanın sahəsi 474,3 km²-dir. Bu göstərici onu ABŞ-də 34-cü ən böyük ada edir. Daimi əhalisi yoxdur.
Adanın sahilləri ilk dəfə 1791-95-ci illərdə Vankuver ekspedisiyası zamanı 1793-cü ildə Ceyms Constoun tərəfindən xəritəyə salınmışdır. Constoun yalnız şimal, qərb və cənub sahillərinin xəritəsini çəkir. Heç vaxt onun ada olduğunu öyrənə bilmirVancouver, George, and John Vancouver. A voyage of discovery to the North Pacific ocean, and round the world. — London: J. Stockdale, 1801.. Daha sonra Rusiya Amerikasının araşdırmaçısı Dionisi Zarembonun şərəfinə adlandırılmışdırZarembo Island. U.S. Geological Survey Geographic Names Information System..
İstinadlar
Kateqoriya:Aleksandr arxipelaqı Kateqoriya:Alyaskanın yaşayış olmayan adaları