Atom qarışqa — 1965-ci ildə Hanna-Barbera tərəfindən yaradılan cizgi filmi obrazı. Cizgi film 1990-cı və 2000-ci illərdə yenidən "Cartoon Network" və "Boomerang"da yayımlanmışdır.
Bioqrafiya Atom qarışqa kompüter və idman avadanlığı kimi əşyalarını yerləşdirdiyi yuvasında yaşayan, əsasən polisin ona verdiyi tapşırıqları yerinə yetirən super qəhrəman qarışqadır.Atom Ant (character). İstifadə tarixi: 7 iyun 2026. Əsas qabiliyyətləri uçmaq, super sürət, inanılmaz güc və dözümlülükdür. "Yuxarıya, Atom Qarışqa!" onun şüarıdır.Rovin, Jeff (1991). The Illustrated Encyclopedia of Cartoon Animals. Prentice Hall Press. p. 10. O, ona tapşırıqlar verən polis rəisiylə tez-tez əlaqə saxlayır. Başlanğıcda Hovard Morris tərəfindən, daha sonrakı bölümlərdə isə Don Messik tərəfindən səsləndirilmişdir.Woolery, George W. (1983). Children's Television: The First Thirty-Five Years, 1946–1981. Scarecrow Press. pp. 27–29.
Atom Qarışqanın bəzi missiyaları Betmenin missiyalarını parodiya edir. Polislər əksər polis işlərini tez-tez Atom Qarışqaya həvalə etdiklərindən izləyicilərə bacarıqsız və yetərsiz olaraq təqdim olunurlar.
Atom qarışqa, macəralarında dəli professor Von Qimmik, Dəhşətli Birə (o da Don Messik tərəfindən səsləndirilmişdir) və s. kimi təkrarlanan mənfi personajlarla mübarizə aparır.Atom Ant. İstifadə tarixi: 7 iyun 2026.
Səsləndirmə Hovard Morris — Atom Qarışqa (1-ci sezonda) və Maskıl boss rolunda; Don Messik — Atom Qarışqa (2-ci sezonda), Dəhşətli Birə, Cənab Muto və aparıcı rollarında; Con Stefenson — aparıcı; Allan Melvin — Maskıl, əlavə səslər; Ted Kassidi — açılış spikeri.
İştirak
Yoqun Gəmisi LarkYogi's Ark Lark. İstifadə tarixi: 7 iyun 2026. Skubi-Du!: Mavi Şahinin maskasıScooby-Doo! Mask of the Blue Falcon (film). İstifadı tarixi: 7 iyun 2026.
Həmçinin bax
İstinadlar Kateqoriya:Cizgi personajlar Kateqoriya:Cizgi serialları Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Animasiya serialları Kateqoriya:Komediya teleserialları Kateqoriya:Macəra teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Uşaq teleserialları