Əliabad — Azərbaycan Respublikasının Zaqatala rayonunun Əliabad qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Zaqatala rayonunun Əliabad kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Əliabad kənd Soveti ləğv edilərək, Əliabad şəhər tipli qəsəbəsi mərkəz olmaqla Əliabad qəsəbə Soveti yaradılmışdır.
Tarixi
Tarixi abidələri Tarixi abidələr: Pəri qala, qədim qəbristanlıq, Cümə məscidi,Əliabad Cümə Məscidinin dünəni və bugünü . kulturaplus.az, 30.06.2015 Mada Əlinin evi, 1000 yaşlı palıd ağacı.
Coğrafiyası və iqlimi Əliabad qəsəbəsi, rayon mərkəzindən 18 km aralı, Zaqatala–Balakən şose yoluna bitişik bir ərazidə yerləşir. Qəsəbə Qımır, Suvagil, Lahıc, Bəhmədli, Mosul, Yengiyan, Qandax, Əli Bayramlı kəndləri ilə həmsərhəddir. Ərazisi 6089 hektardır.
Əhalisi 14 may — 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Əliabad şöbəsi, Əliabad kənd cəmiyyəti tərkibinə daxil olan Əliabad kəndində 790 evdə sünni etiqadlı müsəlman ingiloylardan ibarət 4.351 nəfər (2.223 nəfəri kişilər, 2.128 nəfəri qadınlar) əhali yaşayırdı.Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.. Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893
13–22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən qəsəbədə 10.394 nəfər (5.147 nəfəri kişilər, 5.247 nəfəri qadınlar) əhali yaşayırdı.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Zaqatala rayonu
1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən qəsəbə əhalisi 10.586 nəfər, 1 yanvar 2013-cü il tarixinə isə 10.7 min nəfərdir.Bələdiyyələr // Zaqatala-ih.gov.azAzərbaycan Respublikasının Dövlət Statistika Komitəsi : 2013-cü ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı (min nəfər) Rəsmi məlumata əsasən qəsəbə əhalisinin əksəriyyəti azərbaycanlılardır. Qeyri–rəsmi məlumatlara əsasən isə qəsəbə əhalisinin 95 %-ni etnik ingiloylar təşkil edir.SİL (Summer Institute of Linguistics) İnternational Electronic Survey Reports 2005: The sociolinguistic situation of the Inghiloi of Azerbaijan Dini mənsubiyyəti, əsasən müsəlman.
İqtisadiyyatı Əhalinin əsas məşguliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Mədəniyyəti Qəsəbədə 1 mədəniyyət evi, 3 klub, 4 kitabxana, 2 rabitə şöbəsi, 1 elektron ATS, 1 yanğınsöndürmə məntəqəsi vardır.
Təhsil Qəsəbədə 4 ümümtəhsil məktəbi və 3 uşaq bağçası fəaliyyət göstərir.
Səhiyyə Qəsəbədə 75 çarpayılıq xəstəxana və doğum evi, 6-dan çox aptek mövcuddur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Zaqatala rayonunun qəsəbələri