Əli Mahir Başarır () — TBMM 27-ci və 28-ci çağırış millət vəkili, türk siyasətçi, hüquqşünas.
Həyatı Əli Mahir Başarır 3 sentyabr 1975-ci ildə Mərsinin Tarsus ilçəsində anadan olub. İbtidai, orta və tam orta təhsilini Tarsusda bitirmişdir. Əli Mahir Başarır Mərmərə Universitetinin Hüquq fakültəsini bitirib və həmin universitetdə Mülki Hüquq sahəsində magistr təhsilini tamamlayıb. O, İstanbulda vəkil olaraq işləməyə başlamış, Maltəpə İdman Klubu və Qartal İdman Klubunda menecer vəzifəsində çalışmışdır.
Ailəsi Əli Mahir Başarir evlidir və iki övladı var.
Siyasi fəaliyyəti 12 sentyabr çevrilişindən sonra bağlanan Cümhuriyyət Xalq Partiyası 1992-ci ildə yenidən fəaliyyətə başladıqdan sonra Əli Mahir Başarır Cümhuriyyət Xalq Partiyasının Tarsusda təşkilatlanmasında fəal iştirak edərək aktif siyasətə qatılmışdır. 2011-ci il tarixli Türkiyə parlament seçkilərində ilk dəfə Cümhuriyyət Xalq Partiyasından Mersin millət vəkili namizədi olan Əli Mahir Başarır 24 iyun 2018-ci il tarixli Türkiyə parlament seçkilərində Cümhuriyyət Xalq Partiyası sıralarından Mersin millət vəkili seçilərək parlamentə daxil olub. Əli Mahir Başarır hal-hazırda TBMM Konstitusiya Komitəsinin üzvüdür.
Partiya fəaliyyəti Əli Mahir Başarır 25 – 26 iyul 2020-ci il tarixlərində keçirilmiş Cümhuriyyət Xalq Partiyası 27-ci Qurultayında Partiya Məclisinin üzvü seçilmişdir.
İstinadlar
Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:TBMM-də Cümhuriyyət Xalq Partiyası fraksiyasının sədr müavinləri