Bu saray Şuşa şəhərinin ilk böyük tikilisi sayılır. Əsası Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa qalasının ən hündür yerində, Pənahəli xan özünə saray inşa etdirmişdi. Hal-hazırda ermənilər bu möhtəşəm abidəni məhv etmişlər. Sarayın yalnız bəzi divarlarının xarabalığı müşahidə edilir. Şuşada inşa edilmiş səkkiz qəsrdən yalnız ikisi dövrümüzə çatmışdır ki, onlardan biri Pənahəli xanın qəsridir. Strateji və əlçatmaz nöqtədə inşa edilən Pənahəli xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır.
Qalereya Erməni işğalında dağıdılmış Pənah Xanın sarayı
İstinad
Kateqoriya:Şuşa abidələri Kateqoriya:XVIII əsrə aid qəsrlər Kateqoriya:Azərbaycanın memarlıq abidələri