Aleksandr Kanningem (; ) — Böyük Britaniya hindşünası, arxeloqu, hərbçisi.

Həyatı Aleksandr Kanningem 23 yanvar 1814-cü ildə Böyük Britaniyanın paytaxtı London şəhərində anadan olmuşdur. 19 yaşında leytenant rütbəsində hərbi mühəndis kimi Hindistanda xidmət etməyə yollanmış və 28 il orada xidmət etmişdir.

Aleksandr Kanningem Hindistanda xidmət edərkən bu ölkənin tarixi ilə məşğul olmuşdur. Hind vadisi mədəniyyəti ilə bağlı ilk məlumat verən şəxsdir.

Aleksandr Kanningem Yueçjilərin türk olduğunu iddia edən tədqiqatçılardan biridirAlexander Cunningham, "Coins of the Later Indo-Scythians: Little Kushāns," The Numismatic Chronicle, 3rd Series, 13, 1893, pp. 184–202..

1867-ci ildə Kraliça Viktoriya ona cəngavər titulu vermişdi.

Aleksandr Kanningem 28 noyabr 1893-cü ildə Londonda vəfat edib.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Britaniya arxeoloqları Kateqoriya:Britaniya şərqşünasları Kateqoriya:Asiyanın tədqiqatçıları Kateqoriya:Britaniya dilçiləri Kateqoriya:Hindşünaslar Kateqoriya:XIX əsr tarixçiləri Kateqoriya:XIX əsrin ingilisləri