Zəhər tuluğu — Ssenari müəllifləri Taleh Yüzbəyov, Orxan Mərdan, Pərviz Həsənov və Cəlil Cavanşir olan, Taleh Yüzbəyovun və Orxan Mərdanın rejissorluğu ilə çəkilən, tammetrajlı bədii Azərbaycan filmi.
Filmin bəstəkarı Tərlan Məmmədhüseynovdur. Məzmun Bıçaqlandıqdan sonra sağ qalan Adil (Taleh Yüzbəyov), müalicə olunduğu xəstəxanadan çıxıb öz monoton həyatına geri dönməyə hazırlaşır. O hər zamanki kimi, "zəhər tuluğudur" – iş yoldaşlarını, dostlarını, onu müalicə edən həkimi və tibb bacılarını acılamağa, incitməyə, kobudluğa davam edir. Dostu Şakirin və artıq həyat tərzini dəyişdiyini iddia edən tələbə yoldaşı, keçmiş "həyat qadını" Rənanın müşayəti ilə xəstəxanadan çıxıb normal həyatına davam etməyi düşünən Adil inanılmaz bir sınaqla qarşılaşır. Xəstəxananın həyətindən çıxmamış Şakirin maşınına tanımadıqları hamilə qadın əyləşir. Dünyaya gətirəcəyi qız övladını qorumaq üçün ərindən və onun ailəsindən, daha doğrusu abortdan qaçan qadını qorumaq üçün Şakir və Rəna israr edir. Adil bu işə mane olmağa çalışsa da, getdikcə bütün şərtlər onu dünyaya gələcək körpənin xilaskarına çevirir.
Rollarda
Taleh Yüzbəyov - Adil Zülfiyyə Qurbanova - Rəna Ləman Mərrihhttps://azertag.az - Almatı şəhərində “Zəhər tuluğu” filminin qala gecəsi keçirilibİstinad tarixi:08.02.2025 - Leyla Əlixan Rəcəbovhttps://azlogos.eu/ -Zəhər tuluğu. İstinad tarixi:08.02.2025 - Cəmo Nəzakət Heydərova - Şəxs Cavidan Novruz - Ziya Səidə Quliyeva - Rasim Cəfər - Hüsniyyə Mürvətovahttps://olay.az - Onları “Zəhər tuluğu”nda görəcəksizİstinad tarixi:08.02.2025 -
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2021-ci ilin Azərbaycan filmləri