Əmsal (ərəb. أَمْثَال) və ya təkdə Məsel (ərəb. مَثَل), əslində ərəb dilində atalar sözlərini təsvir etmək üçün istifadə olunan ədəbi termindir. Ərəb ədəbiyyatında bu atalar sözlərinin toplandığı Kitâbu'l-Əmsal adlı əsərlər yazılmışdırEsat Ayyıldız. "Arapça, Türkçe ve Kazak Dillerindeki Ortak Atasözleri Üzerine Karşılaştırmalı Bir Çalışma". International Congress of Kazakhs History, Culture and Language: Full Texts Book. ed. Osman Kabadayı. Ankara: IKSAD Global Publishing House, 2021), 56–58.. Bu səbəbdən də ilkin cəm söz olan əmsal termininin terminologiya kimi işləndiyi müşahidə edilir.
Tərif Qədim ərəb ədəbiyyatında atalar sözü və idiom anlayışlarını fərqləndirmək üçün konkret meyarlar müəyyən edilməmişdir. Buna görə də məsəl termini qədim zamanlarda həm atalar sözləri, həm də idiomlar üçün işlədilirdiEbrar Ayyıldız, Arap Dilinde Doğum ve Ölümle İlgili Deyimler. Ankara: Sonçağ Akademi, 2021). 1..
Türk Dilindən Ərəb Dilinə Köçürülmüş Atalar Sözləri Hesab olunur ki, mədəniyyətlərarası qarşılıqlı əlaqə nəticəsində türk dilinə xas olan bəzi atalar sözləri ərəb xalq şivələrinə keçib. Məsələn; "Ayağını yorğanına görə uzat" türk atalar sözü ərəb xalq ləhcələrinə "على قد لحافك مد رجليك" kimi keçmiş ola bilər. Əslində sözügedən atalar sözü qədim türkcədə belə işlənir: Yogurkanda artuk aḍak kösülse üşiyür. [Yorğandan kənara çıxan ayaq soyuyur.] Eyni atalar sözünə qazax kimi türk dillərində, monqol kimi Asiya dillərində də rast gəlmək olarEsat Ayyıldız. "Arapça, Türkçe ve Kazak Dillerindeki Ortak Atasözleri Üzerine Karşılaştırmalı Bir Çalışma". International Congress of Kazakhs History, Culture and Language: Full Texts Book. ed. Osman Kabadayı. Ankara: IKSAD Global Publishing House, 2021), 64..
Həmçinin bax Esat Ayyıldız. "Arapça, Türkçe ve Kazak Dillerindeki Ortak Atasözleri Üzerine Karşılaştırmalı Bir Çalışma". International Congress of Kazakhs History, Culture and Language: Full Texts Book. ed. Osman Kabadayı. Ankara: IKSAD Global Publishing House, 2021), 54–70.
Ebrar Ayyıldız, Arap Dilinde Doğum ve Ölümle İlgili Deyimler. Ankara: Sonçağ Akademi, 2021.
İstinadlar Kateqoriya:Ədəbi janrlar Kateqoriya:Ədəbiyyat terminləri