Zeyd ibn Harisə (, ) — Məhəmməd peyğəmbərin səhabələrindən biri və onun oğulluğu. Quranda adı Zeyd olaraq keçir.

Bioqrafiya Tam adı Zeyd ibn Harisə ibn Şuraxil ibn Əbdül-Uzzadır. Erkən uşaqlıqda əsir düşən Zeyd ibn Harisə Hakim ibn Xəzəm tərəfindən fidyə alınaraq Xədicə binti Xuveylidə təqdim edilir. Məhəmməd peyğəmbərlə evləndikdən sonra Xədicə Zeydi ərinə verir. İslam dinini qəbul edən ikinci şəxs Zeyd, ondan sonra həyat yoldaşı Ümmü Eymun olurЖизнеописание Пророка Мухаммада ﷺ. Тайный призыв к Исламу // DarulFikr. Ru. Zeyd ibn Harisə Məhəmməd peyğəmbərin ən sevimli səhabələrindən biri idi.Зайд ибн Харис

Övladlığa götürmə Peyğəmbərlik missiyasına başlamazdan əvvəl Məhəmməd peyğəmbər Zeydi oğlu və varisi elan edir. Övladlığa götürüldükdən sonra onun adı Zeyd ibn Məhəmməd idi. Lakin övladlığa götürülmüş uşaqlara qəyyumlarının adlarını verməyi qadağan edən Quran ayəsi nazil olana qədər bu cür davam edir.

Taif Məhəmməd peyğəmbər Taifə gedəndə Zeyd ibn Harisə də onun yanında idi. Taif sakinləri onları qəbul etmirlər, onlara zülm etməyə, daş atmağa başlayırlar. Zeyd Məhəmməd peyğəmbəri bədəni ilə qoruyur hətta bu zaman başı belə yaralanır.

Zeynəb binti Cahş ilə evliliyi Övladlığa götürülmə Məhəmməd peyğəmbərin əvvəllər Zeydin arvadı olmuş Zeynəb binti Cəhş ilə evlənməsi hekayəsi ilə bağlıdır. Övladlığa götürülmüş oğlunun arvadı ilə evlənmək faktı Məkkə bütpərəstlərinin xoşuna gəlməsə də, şəriətə zidd deyildi. Məhəmməd peyğəmbər bu evliliyi ilə bütpərəstlik qanunlarına öz nifrətini və İslam qanunlarının aliliyi göstərdi. Müşriklərin hücumlarının digər səbəbi isə Zeydin keçmiş də qul olması və Zeynəbin zadəgan ailəsindən olması idi. Məkkə qanunlarına görə, müxtəlif təbəqələrdən olan insanlar arasında belə bir evlilik mümkün deyildi, lakin bu Zeydlə Zeynəbin evliliyinə mane olmur. Onu da qeyd etmək lazımdır ki, heç vaxt belə bir evliliyə uyğunlaşa bilməyən Zeydin boşanmasına səbəb mənşə fərqi olur.

Quranda Zeydin Zeynəb binti Cəhşlə evlənməsi əhvalatı qeyd olunur.

Hərbi fəaliyyət Zeyd ibn Harisə yaxşı oxçu idi. Bədr, Uhud, Xəndəq, Hudeybiyyə, Xeybər, Mutə və digər döyüşlərdə iştirak etmişdir. O, həm də "Fərdət", "Camum", "Aiys", "Tərəf", "Haşimi", "Fəzafiz" və s. yürüşlərində müsəlman qoşunlarının başçısı olmuşdur.

Ölümü 629-cu ildə (8-ci hicri) Məhəmməd peyğəmbər Zeyd ibn Harisəni Mütə döyüşündə Bizansla qarşılaşmalı olan 3000 nəfərlik ordunun başçısı təyin edir. Zeyd bu döyüşdə müsəlmanların bayrağını daşıyarkən həlak olur. Zeyd ibn Harisənin ölümü onu çox sevən Məhəmməd peyğəmbər üçün ağır itki olur.

Zeyd haqqında hədis "Cənnətə girdim və gənc bir huri ilə tanış oldum, soruşdum ki, sən kiminsən? Qadın cavab verdi: Zeyd ibn Harisənin. "Zeydi sevdiyim üçün məni qınamayın". "Allaha and olsun ki, Zeyd ibn Harisə ona tapşırılan işə layiq idi və insanlar arasında mənim sevimlim idi."Zeyd ibn Harisə // IslamDag. Ru

İstinadlar

Kateqoriya:Səhabələr Kateqoriya:Ravilər Kateqoriya:Kölələr Kateqoriya:Quranda adı çəkilənlər Kateqoriya:Məhəmmədin ailəsi Kateqoriya:Döyüşdə həlak olanlar Kateqoriya:İslamı qəbul edənlər Kateqoriya:Övladlıqlar Kateqoriya:VII əsr şəxsləri