Kelli Rohrbak (; ) — amerikalı aktrisa və model.
Həyatı Rohrbach Nyu-Yorkda anadan olub və Konnektikut ştatının Qrinviç şəhərində böyüyüb. Onun anası Anne (née Wholly) və atası Klay Rohrbak maliyyəçidir. Rohrbak Qrinviç Akademiyasında təhsil alıb. Qrinviçdə qolf oynadı və Corctaun Universitetinə atletika təqaüdü qazandı. O, 2012-ci ildə Corctaun Universitetinin teatr ixtisasını bitirdi və akrisalıq üçün London Musiqi və Dramatik İncəsənət Akademiyasına daxil oldu.
Karyerası Rohrbak Two and a Half Men, The New Normal, Rizzoli & Isles, Broad City və Rush teleseriallarında kiçik rollar alıb.
Hollivudda iki il fəaliyyət göstərdikdən sonra Rohrbak mankenliyə başlayıb. Həmçinin 2017-ci ildə ən çox tanınmağına səbəb olan film Malibu Xilasediciləri filmində C. J. Parker rolunu canlandırdı.
Şəxsi həyatı Rohrbak 2015-ci ildə aktyor Leonardo DiKaprio ilə görüşürdü. 2019-cu ildə o müvəkkil və Ualton ailəsinin varisi Steuart Ualton ilə evləndi.
Filmoqrafiya
Film İlAdRolQeyd2012WiltBeatrice2015My Last FilmAshleyQısa film2016Café SocietyQadıntam rol deyil2017Malibu XilasediciləriC. J. Parker2018Ocean'sÖzüQısa rol2019A Rainy Day in New YorkTerry
Televiziya İlAdRolQeyd2013The New NormalAmberBölüm: "Dairy Queen"2013Two and a Half MenAmberBölüm: "Big Episode: Someone Stole a Spoon"2013–14Rizzoli & IslesOfficer Charlotte "Charlie" Hansen2 bölüm2013–15The PET Squad FilesJayne Duncan12 bölüm2014RushYoung hottieBölüm: "Pilot"2014Love is RelativeEmilyTeleviziya filmi2015DeadbeatBethBölüm: "The Unholy Trinity"2016Broad CityAlice AckermanBölüm: "Philadelphia"2017Angie TribecaLaura AshleyBölüm: "License to Drill"2019YellowstoneCassidy ReidTəkrarlanan rol; 4 bölüm
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ fotomodelləri Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:Nyu-York şəxsləri