İzzət İbrahim Duri (; ) — İraq siyasətçisi və hərbi lideri.

Həyatı İzzət İbrahim Duri 1 iyul 1942-ci ildə İraqın Əd-Daur şəhərində anadan olmuşdur. O, 2003-cü ildə İraqın işğalına qədər İraq İnqilab Komandanlığının vitse-prezidenti olmuşdur. Duri keçmiş prezident Səddam Hüseynin yaxın müşaviri və köməkçisi olmuşdur. O, İraqın üsyançı təşkilatı Nəqşbəndi Ordusuna rəhbərlik etmişdir. ABŞ 2003-cü ildə onun haqqında məlumat verənə 10 milyon dollar mükafat verəcəyini bildirmişdir. İzzət İbrahim Duri 26 oktyabr 2020-ci ildə İraqın Bağdad şəhərində, 78 yaşında vəfat etmişdir. Ölüm səbəbi naməlumdur.

İstinadlar

Kateqoriya:İraq siyasətçiləri