Şotlanlı () — Azərbaycanda kürddilli tayfa. Onlar Anadoludan İranın Sərab ərazisinə, yəni Şəqaqi elinə gəlmişdir. Burada yaşamış Şatiranlu oymağı şotlanlıların kökü hesab edilir və bu adın mənşəyinin də oradan gəldiyi ehtimal olunur. 1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalananda bu tayfa Sərab xanlığının ərazisinə daxil olub. 1828-ci ildə Türkmənçay müqaviləsi bağlandıqdan sonra sonuncu Sərab xanı Sadıq xan Şəqaqinin oğlu Cahangir xan Şəqaqi ilə birlikdə Zəngəzur mahalına köç etmişlər. Ağdam və Ağcabədi rayonlarında eyniadlı kəndlər mövcuddur. 23 aprel 1994-cü ildə Ağdamın Şotlanlı kəndi bütun mudafiələrə baxmayaraq silahlı erməni hərbi birləşmələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Ordusunun tərəfindən işğaldan azad edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan kürd tayfaları Kateqoriya:İran kürdləri