Daniele Massaro (; ) — İtalyalı keçmiş peşəkar futbolçu, mövqeyi hücumçu olub. İtaliya millisiylə Dünya çempionu olub. Daha çox "Milan" klubunda oynaması ilə tanınır. İndi "Milan"ın ictimaiyyətlə əlaqələr üzrə meneceridir.

Karyerası Karyerasına B seriyasında yarışan "Monza" klubunda oynamaqla başlayır. Burada komanda yoldaşı Paolo Monelli ilə birlikdə əla oyun göstərərək daha böyük klubların diqqətini çəkir.

1981-ci ildə Monelli ilə birlikdə "Fiorentina" klubuna keçir. Yeni klub ilə 13 sentyabrda A Seriyasında debüt edir və 10 gün sonra İtaliyanın gənclər komandasının heyətində ilk oyununu keçirir.

1986-cı ildə "Milan"a gedir və burada 1995-ci ilə qədər 300-dən çox oyun keçirdir (1988/89 mövsümünü icarə əsasında "Roma" klubunda keçirdir) və Arriqo Sakki və Fabio Kapellonun rəhbərliyi altında 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində əfsanəvi "Milan"ın bir hissəsi olur.

1995-ci ildə o, "Milan"ı tərk edir və karyerasının sonuna kimi Yaponiyanın "Shimizu S-Pulse" komandasında oynayır.

Titulları

Milan İtaliya çempionu: 1988, 1992, 1993, 1994 İtaliya çempionatının gümüş mükafatçısı: 1990, 1991 İtaliya kubokunun qalibi: 1990 İtaliya Superkubokunun qalibi: 1988, 1992 Çempionlar Liqasının qalibi: 1990, 1994 Çempionlar Liqasının finalçısı: 1993, 1995 Avropa Superkubokunun qalibi: 1989, 1990, 1994 Avropa Superkubokunun finalçısı: 1993 Qitələrarası kubokun qalibi: 1989, 1990 Qitələrarası kubokun finalçısı: 1993, 1994

Milli komanda Dünya Çempionu: 1982 Dünya Kubokunun finalçısı: 1994

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:Roma FK futbolçuları Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:Yaponiyada legioner futbolçular Kateqoriya:Lombardiyada doğulmuş futbolçular Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Montsa FK futbolçuları Kateqoriya:Fiorentina FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İtaliya Olimpiya milli futbol komandasının oyunçuları Kateqoriya:1984 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:J1 Liqa futbolçuları Kateqoriya:1982 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1994 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Legioner İtaliya futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:İtaliya şəxsləri