Ando-Praym () — "Ulduz müharibələri" kainatında uydurma planet. Planet buzdan ibarətdir və pod yarışlarına ev sahibliyi edir. İlk dəfə "Klon müharibələri" nümayiş olunmuşdur. Endor döyüşündən sonra qaçaqmalçılar Han Solo və Çubakka Qalaktik imperiyanın əvvəllər saxladığı cinayət təşkilatları ilə əlaqələrini gücləndirmək cəhdləri haqqında məlumat əldə etmək üçün Ando-Praym və bir neçə başqa planetə səfər etmişdir. Burada olarkən Solo başqa qiyafət geyərək imperiyanın fəaliyyətləri ilə maraqlanmış, lakin heç nə öyrənə bilməmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ulduz müharibələrinin planetləri