Mürsəl Ələkbər oğlu Babayev — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1970–1979).

Həyatı Mürsəl Ələkbər oğlu Babayev 1929-cu ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Azərbaycan tar ifaçısı və mühəndis konstruktor Şövkət Babayevanın doğma qardaşı.

1952–1959-cu illərdə Azərbaycan Politexnik İnstitutunun kafedrasında assistent, avtomobil trestində böyük mühəndis, taksomotor parkının baş mühəndisi, rəisi olmuşdur. 1959–1961-ci illərdə Avtomobil Nəqliyyatı Nazirliyi istehsalat-texniki şöbəsinin rəisi, 1961-ci ildən Azərbaycan SSR avtomobil nəqliyyatı nazirinin müavini, birinci müavini vəzifələrində işləmişdir. 1970-ci ildən Azərbaycan SSR avtomobil nəqliyyatı naziri olmuşdur.

Mürsəl Babayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuş və Azərbaycan SSR Ali Sovetinin VIII və IX çağırış deputatı seçilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Azərbaycan SSR avtomobil nəqliyyatı nazirləri