Sərxoş Əhməd Paşa (ö. 13 mart 1691) — Osmanlı sultanı IV Mehmed və II Süleymanın dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Əsli, doğum tarixi və saraya necə alındığı məlum deyil. Əndərunda yetişmiş, ardından Qara Mehmed Paşanın kəndxudası olmuşdur. 1674-cü ildə Özü, 1677-ci ildə Anadolu bəylərbəyi oldu. 1684-cü ildə vəzir rütbəsi aldı. 1684-cü ilin dekabrında Yanova mühafizəsi ilə vəzifələndirildi və çox keçmədən kaptan-ı dərya oldu. 1685-ci ilin dekabrında Hələb bəylərbəyi, 15 sentyabr 1687-ci ildə Bağdad bəylərbəyi, 1688-ci ilin sentyabrında isə Anadolu müfəttişi oldu. 1690-cı ildə Misir əyalətinə təyin edilsə də, 1691-ci ilin martında burada vəfat etmişdir.
Mənbə
Sicill-i Osmani I cild, səh. 232
İstinadlar Kateqoriya:Osmanlı paşaları