Azərbaycan Bitki Mühafizə Stansiyası (Азәрбајҹан Битки Мүһафизә Стансијасы) — Azərbaycan SSR-də kənd təsərrüfatı bitkilərinin zərərvericiləri və xəstəliklərinə qarşı mübarizə tədbirləri hazırlayan, yeni zəhərli preparatlar sınaqdan keçirən və istehsalata təklif verən elmi müəssisə. 1930-cu ildə təşkil edilmişdir. Maştağa qəsəbəsində yerləşirdi. Ümumittifaq Kənd Təsərrüfatı Bitki Mühafizəsi İnstitutunun tərkbinə daxil idi. Entomologiya, fitopatologiya, helmintologiya və toksikologiya laboratoriyaları var idi.
İstinadlar
Kateqoriya:1929-cu ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycanın elmi-tədqiqat institutları Kateqoriya:Bitki mühafizəsi Kateqoriya:Maştağa