Ərzurumlu İbrahim Haqqı () — türk sufi nümayəndəsi, sosioloq və alim. Marifətnamə əsərinin yazarıdır.

Həyatı Kiçik yaşlarında atasını sonra isə anasını itirən İbrahim Haqqı bir müddət əmisinin yanında yaşamışdır və bu müddət ərzində təhsilinə davam etmişdir. 1747-ci ildə İstanbula gələrək sultan I Mahmud ilə görüşmüşdür. Sonra yenidən Ərzuruma qayıdan İbrahim Haqqı davamlı olaraq dini və elmi mövzularla maraqlanmışdır. İbrahim Haqqı 1780-ci il 22 iyunda ölmüşdür. Məzarı Siirt ilinin Tillo ilçəsində yerləşir.

Fəaliyyəti Ümumilikdə on beş əsər yazan İbrahim Haqqının ən əsas əsərləri Divan və Marifətnamədir.

Ərzurumlu İbrahim Haqqı astronomiya, fizika, psixologiya, sosiologiya və din sahələrində bir çox fəaliyyət göstərmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Matüridilər Kateqoriya:İslam filosofları