Mikroskop Media — 6 fevral 2018-ci ildə jurnalist Cavid Abdullayev və Fatimə Kərimova tərəfindən yaradılmış media orqanı. Əsasən izahedici materiallar, fakt yoxlama və müstəlif video formatlarda materiallar dərc olunan media orqanı həm də mütəmadi olaraq müxtəlif mövzularda infoqrafikalar dərc edir.

Baş ofisi Latviyanın Riqa şəhərindədir.

Əsasən video və infoqrafika, eləcə də yazı formatında materiallar dərc olunur.

Azərbaycanda ilk dəfə Mikroskop Media informasiya agentlikləri və xəbər saytlarında dərc olunan kriminal xəbərlər əsasında 2019-cu il ərzində ölkədə ailə üzvləri tərəfindən döyülən və öldürülən qadınların sayı barədə statistika dərc edib.

Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

İstinadlar

Xarici keçidlər web Facebook Twitter Instagram YouTube

Kateqoriya:Azərbaycan veb-saytları Kateqoriya:Əlifba sırasına görə saytlar