Armen Tevanoviç Ayriyev (; həmçinin Ayriyan; ) — erməni əsilli SSRİ hərbçisi, Sovet İttifaqı Qəhrəmanı, mayor.

Həyatı Armen Tevanoviç Ayriyev Rusiya imperiyasının Yelizavetpol quberniyasında, indiki Azərbaycanın Xocavənd rayonu ərazisində yerləşən Tuğ kəndində anadan olmuşdur. 1931-ci ildən Sovet Ordusunda xidmət etmişdir. 1932-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Təyyarəçilər məktəbini bitirmişdir. İkinci Dünya müharibəsində Cənub-Qərb, Bryansk, Stalinqrad, Cənub, 4-cü Ukrayna, 1-ci , 2-ci və 3-cü Pribaltika, Leninqrad cəbhələrində eskadrilya komandiir, 1944–1945-ci illərdə hərbi hava qüvvələri üzrə polk komandirinin müavini olmuşdur. 1944-cü ildə Sevastopol uğrunda döyüşlərdə iştirak etmişdir.

Təltif və mükafatlar Armen Ayriyev 13 aprel 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O həmçinin, 2 "Qırmızı bayraq", "Aleksandr Nevski", "Qırmızı ulduz" ordenləri və medallarla təltif edilmişdir.

İstinadlar

Əlavə ədəbiyyat Амирханян М. Д. Армяне — Герои Советского Союза. Ер., 2005. — 202 с.: ISBN 99930-4-342-7 Петросянц X.С. Крылатое племя. Ереван, 1980 Герои Советского Союза: Краткий биографический словарь / Пред. ред. коллегии И. Н. Шкадов. — М.: Воениздат, 1987. — Т. 1 /Абаев — Любичев/. — 911 с. — 100 000 экз. — ISBN отс., Рег. № в РКП 87-95382. Саркисян С. Т. Энциклопедия Арцах-Карабаха. Спб., 2005. : ISBN 5-9676-0034-5

Kateqoriya:SSRİ zabitləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ pilotları