Beynəlxalq Mavi Qalxan Komitəsi və ya qısaca Mavi Qalxan (, daha əvvəl; International Committee of the Blue Shield, abreviatur; ICBS) — silahlı münaqişələr zamanı mədəni irs və dəyərləri qorumaq məqsədilə 1996-cı ildə yaradılmış beynəlxalq təşkilat.
Mədəniyyət sərvətlərinin "Qırmızı Xaçı" olaraq qəbul edilən komitənin simvolu silahlı qarşıdurma vəziyyətlərində mühafizəsi tələb olunan binaların işarələnməsi üçün istifadə edilən Mavi Qalxandır.
1954-cü ildə Haaqada imzalanmış "Silahlı münaqişə vəziyyətlərində mədəni irsin mühafizəsi" konvensiyasının 2-ci Protokoluna uyğun olaraq yaradılmışdır. Qərargahı Haaqadadır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Beynəlxalq mədəni təşkilatlar Kateqoriya:Mədəni diplomatiya Kateqoriya:Mədəni irs təşkilatları