Arşak Gevorqi Atayan (; ) — Ermənistan-sovet şairi, nasiri, dramaturqu, tərcüməçisi və ictimai xadimi. 1935-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur.

Həyatı Arşak Gevorqi Atayan 20 iyun 1877-ci ildə Rusiya imperiyasının Böyük Tağlar kəndində (indiki Azərbaycanda) anadan olmuşdur. O, Üçkilsə, Tiflis və Şuşada təhsil almışdır. Atayan 1898–1902-ci illərdə çar ordusunda xidmət etmişdir. O, 1903–1904-cü illərdə Tiflisdə çıxan "Molot" jurnalının redaksiyasında korrektor işləmişdir. Atayan Salmas yaxınlığındakı erməni kəndləri haqqında məlumatları qələmə almış, xalq mahnılarını və folklorunu toplamışdır. O, 1907–1911-ci illərdə Qacar ​​dövlətinin bir hissəsi olan İsfahan şəhərinin Yeni Culfa məhəlləsində dərs demiş, Rusiya–İran Bankının İsfahan şöbəsinə rəhbərlik etmişdir. Atayan 1922-ci ildən Ermənistan SSR-də yaşamağa başlamışdır. O, İrəvanda, Gümrüdə, Xankəndində dərs demişdir. Atayan "Sovet Ermənistanı" qəzetində məsul katib işləmişdir. O, 1935-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul olunmuşdur. Atayan 1938-ci ildə repressiyaya məruz qalmış və güllələnmişdir. O, 1955-ci ildə ölümündən sonra bəraət qazanmışdır. Rafael Atayanın, Armen Atayanın və Robert Atayanın atasıdır.։ Անհիմն բռնադատվել է, գնդակահարվել 1938 թվականին, հետմահու արդարացվել է 1955 թվականին

Seçilmiş əsərləri Поэзия, Баку , 1897 Иран, 1898 Эмоция (сатирический роман), Баку, 1898 Долина любви, Тифлис, 1904 Пролог, Тегеран, 1905 Салмаст, Нор-Джуга, 1906 Из теории фольклора, Нор-Джуга, 1907 Советская Социалистическая Республика Армения и её правительство, Нор-Джуга, 1922 Давид Сасунский (драма из пяти актов), 1925

İstinadlar

Əlavə ədəbiyyat Саркисян С. Т. Энциклопедия Арцах-Карабаха. Спб., 2005. — 312 с.։ ил. ISBN 5-9676-0034-5

Kateqoriya:Erməni şairlər Kateqoriya:Rusiya imperiyası şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:SSRİ folklorşünasları Kateqoriya:SSRİ bəstəkarları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:Ermənistan dramaturqları Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:SSRİ-də güllələnənlər Kateqoriya:Ermənistan pedaqoqları Kateqoriya:SSRİ-də repressiyaya uğramış mədəniyyət və incəsənət xadimləri Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar