Namiq Kamal zindanı () — Kiprin Famaqusta şəhərində 1873–1876-cı illərdə Türkiyə yazıçısı Namiq Kamalın iqamətgahı olması ilə tanınan tarixi bina.
Binanın yeri əvvəlcə Venesiya sarayının bir hissəsi idi, lakin bina indiki formada Osmanlı dövründə tikilmişdir. Bina iki mərtəbəlidir, aşağı mərtəbəsi Osmanlıdan əvvəlki memarlıq nümunəsi, yuxarı mərtəbəsi isə Osmanlı üslubundadır. Arxeoloq Tuncər Bağışqan Osmanlıdan əvvəlki üslubu Luzinyanlar dövrünə aid olduğunu müəyyən etmişdir. Bina "L" formasında olub, aşağı mərtəbəsi yonma daşdan, yuxarı mərtəbəsi isə Bağdadi texnikası ilə tikilmişdir.
İstinadlar
Kateqoriya:Namiq Kamal Kateqoriya:Famaqusta Kateqoriya:Osmanlı dövrünün abidələri