Şeylanlı — Azərbaycan Respublikasının Laçın rayonunun Şeylanlı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Şeylanlı oykonimi XIX əsrin ortalarında Azərbaycanda yaşayan kürd mənşəli şeylanlı tayfasının adını əks etdirir. Qaraçorlu tayfa ittifaqına daxil olan şeylanlılar hələ XVII əsrin əvvəllərindən İrandan gələrək Azərbaycanda məskunlaşmışlar.Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. II cild, səh. 210.

İşğal dövrü Bu ərazi işğal dövründə ermənilər tərəfindən Shrvakan icması adlandırılmışdır.İşğal olunmuş Laçın rayonunun Qarakeçdi kəndində yeni məktəb istifadəyə verilib. lacin.info

Erməni mənbələrinin 2014-cü ilə aid olan məlumatına görə kəndə suriyadan gətirilmə 21 ailə yaşayıb.

Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdi.

Mədəniyyəti 1932-ci ildə kənddə 4 illik ibtidai məktəb fəaliyyətə başlamışdır. Məktəbin əsası Böyük Vətən Müharibəsində xidmətlərinə görə "Rəşadətli Əməyə görə" medalı ilə təltif edilmiş İsmixan Mustafa oğlu Abdullayev tərəfindən qoyulmuşdur.

Əhalisi Milliyətcə kürd olan Şeylanlı kəndinin əhalisi Şeylanlı kürd tayfasına mənsubdur.

2006-cı ilin statistikasına görə kəndin əhali sayı 670 nəfər olmuşdur.

2021-ci ilin statiskasına görə kəndin əhali sayı 1321 nəfər, ailə sayı 393 olmuşdur.

Şəxsiyyətləri Rüfət Güləliyev — İdmançı; İdman ustası, Dünya və Avropa çempionu, IV İslam həmrəyliyi oyunlarının qızıl mükafatçısı, çempionu. Adil Cəfakeş — Aşıq, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azər Laçınlı — Aşıq, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həmçinin bax Şeylanlı tayfası

İstinadlar

Xarici keçidlər Laçın rayonunun Şeylanlı kəndindən videogörüntülər

Kateqoriya:Laçın rayonunun kəndləri