Murtuza Mirzə Əfşar — Nadir şahın oğlu və Karnal qələbəsindəki roluna görə adı dəyişdirilərək Nəsrullah Mirzə adlandırılan Əfşar şahzadəsi. O, Səadət xanın qüvvələrini məğlub edərək onu əsir alan Əfşar ordusunun mərkəzinə komandanlıq edərək Karnal döyüşündə istedadlı bir sərkərdə olduğunu sübut etdi.
O, həmçinin 1743-46-cı illər İran-Osmanlı müharibəsi zamanı müstəqil olaraq komandanlıq etdi və burada Nadir şah tərəfindən Osmanlının nəzarətində olan Mosul vilayətinə soxulmaq və iki Osmanlı ordusundan biri ilə döyüşmək tapşırığı aldı, atası Nadir şah isə şimalda Qarsda digər orduya qarşı yürüdü. O, Mosul döyüşündə Mosul ətrafındakı türk və kürd qüvvələrinə həlledici zərbə vurdu.
Həmçinin bax Cozef fon Semlin
İstinadlar
Kateqoriya:Əfşarlar imperiyası