Tesla Energy — baş ofisi Kaliforniya ştatının Frimont şəhərində yerləşən fotovoltaik sistemlər, batereya enerjisinin saxlanması məhsulları, eləcə də yaşayış, ticarət obyektləri üçün digər əlaqəli məhsul və xidmətlər istehsal edən, satan və quraşdıran avtomobil istehsalçısı Tesla Motors-un törəmə şirkəti.
2021-ci ildə şirkət 2020-ci ilə nisbətən 68% artımla 345 meqavatlıq (MVt) günəş enerji sistemləri istehsal edirdi.
Tarixi Şirkət 30 aprel 2015-ci ildə Tesla Motors-un icraçı direktoru İlon Mask tərəfindən qurulmuşdur. Tesla 2016-cı ilin noyabr ayında SolarCity-ni aldı və Tesla Energy ilə birləşdirdi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Tesla Motors Kateqoriya:İlon Mask Kateqoriya:Kaliforniya şirkətləri Kateqoriya:ABŞ şirkətləri Kateqoriya:2015-ci ildə yarananlar Kateqoriya:30 apreldə yarananlar Kateqoriya:San-Fransisko Körfəz Bölgəsi şirkətləri