Katax — İrəvan quberniyasının Sürməli qəzasında dağ adı.Пагирев Д. Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. Eranın əvvəllərindən başlayaraq Azərbaycan və Ermənistan ərazisində Katak, Katuk formalarında toponimlər də geniş yayılmışdır. VII əsrə aid mənbədə Albaniyanın Artsak əyalətində bir mahalın Tuç=Katak adlandığı göstərilir. Алиев К. Античные источники по истории Азербайджана. Баку, 1987.Армянская география VII века по Р. Х. Спб., 1877.. Bu mahal Kürün sol sahilinin Xaçın və Qarqarçay hissəsini əhatə etmişdirБархударян М. Арцах. Перс. с арм. Яргуляна Н. А. Института истории АН Азерб. ССР. инв. № 1662.Naxçıvan sancağının müfəssəl dəftəri (27 avqust 1727). Giriş və tərcümənin müəllifləri Ziya Bünyadov və Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı, 1997.. "Alban tarixi"ndə bu ad ermənicə yazılışda "y" səsinin əlavəsilə Katayk kimidir. XVII əsrdə Dağlıq Qarabağda Kötüklü kəndinin adında qalmışdıАракел Даврижеци. Книга историй. М., 1973.. Digər tərəfdən, İndiki Ermənistan ərazisində İndi içərisindən Zəngiçay axan bir əyalət də V əsrdənИстория Армении Моисея Хоренского, М., 1893. Katak (ermənicə yazılışda Katayk) kimi mə’lumdur. Bütün orta əsrlər boyu İrəvan əyalətinin bir mahalı Katayk, sonra Zəngibasar adlanmışdır. Hər iki Katak toponimi eranın əvvəllərində Cənubi Qafqazda məskunlaşmış türkmənşəli peçeneqlərin Katak tayfasının adını əks etdirir. X əsrdə Cənubi Rus çöllərində yaşamış peçeneqlərin bir tayfası Tun=Katay adlanırdıМамедов Т. М. Кавказская Албания. Баку, 1993. Qazaxlarda, qaraqalpaqlarda, özbəklərdə, başqırdlarda, qırğızlarda Kataq, katak tayfalarıМамедова Фарида. О некоторых вопросах исторической географии Албании I в. до н. э. — VIII в. "Историческая география Азербайджана". Баку, 1987. ilə peçeneqlərin Katak tayfası mənşəcə eynidir. Bu tayfanın adı ilə XIX əsrdə Qazax bölgəsində qazaxların bir qolu Gödəkli, Xələclərin bir qolu Gödəklər adları ilə mə’lumdur. Bu toponim Ermənistanda Aşağı Gödəkli və Yuxarı Gödəkli, XIX əsrdə Quba qəzasında Kötüklü dağı, Tiflis quberniyasının Axalsıx qəzasında Kötüklü, Azərbaycanda Cavad qəzasında KötüklüПагирев Д. Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.Хан-Агов А. Е. Экономический быт государственных крестьян в Ечмиадзинском и сурмалинском уездах Ереванской губернии. "Материалы для изучения экономического быта государственных крестьян Закавказского края", "Тифлис, 1886., Tovuz rayonunda Gödək dağı, Quba rayonunda Katak dağı və s. toponimlərdə iz qoymuşdur.
İstinadlar
Kateqoriya:İrəvan quberniyası Kateqoriya:Sürməli qəzası