Rodos () — Yunanıstana məxsus olan və ölkə paytaxtı Afinadan 270 dəniz mili aralıda, Egey dənizində yerləşən ada. Liman şəhərə malik olan adanın ərazisi 1398 km²-dir. Böyüklüyünə görə Rodos adası Yunanıstan adaları arasında 4-cü yeri tutur. Adanın əhalisinin sayı 125 000 nəfərdir. Rodosun iqlimi Aralıq dənizi hövzəsi iqliminə uyğun olaraq mülayimdir. İlin 300 günü günəşli olur. Adanın uzunluğu 78 km, eni isə 38 km-dir. Sahillərini qərbdən Egey dənizinin, şərqdən Aralıq dənizinin suları yuyur. Egey dənizinin yuduğu sahil ərazilərdə bitki örtüyü daha zəngindir. Rodos Yunanıstanın ən əsas turizm mərkəzlərindən biridir.

Adanın inzibati mərkəzi şimal-şərqdə yerləşən Rodos şəhəridir.

Tarixi Adaya xaçpərəstliyi Həvari Pavel gətirib. 395-ci ildə Rodos Bizans İmperiyasının tərkibinə daxil olub. Müsəlmanlar adanı ilk dəfə 672-ci ildə işğal ediblər. İmperator I Aleksey Komnin adanı yenidən Bizans İmperiyasının tərkibinə qatıb. 1309-cu ildə ada Malta ordeninin qospitalyerləri tərəfindən işğal edilib. 1444-cü ildə misirlilərin, 1480-ci ildə isə II Mehmetin hücumlarına tab gətirib. 1522-ci ildə Sultan Süleyman adanı ələ keçirib və Osmanlı İmperiyasının tərkibinə qatıb. 1912-ci ilə İtaliya-Osmanlı müharibəsinin nəticəsində İtaliya adanı ələ keçirib. 1948-ci ildə ada Yunanıstana birləşdirilib.

Kateqoriya:Yunanıstan coğrafiyası Kateqoriya:Rodos Kateqoriya:Egey dənizi adaları Kateqoriya:Dənizkənarı kurortlar Kateqoriya:Finikiya şəhərləri Kateqoriya:İtaliya krallığı (1861–1946) Kateqoriya:Yunan şəhər-dövlətləri Kateqoriya:Yunanıstan bələdiyyələri Kateqoriya:Yunanıstandakı ümumdünya irsi